Məhkəmə qərarları › İş №8(003)-144/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-144/2022

27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-144/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3245/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus «FORD FUSİON» minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3245/2021 nömrəli, 20 sentyabr 2021ci il tarixli icra sənədinə əsasən, Borclu 1689 manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. Hazırda qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi 10.12.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra” sistemindən əldə olunmuş məlumata əsasən, Borclu adına «FORD FUSİON» minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olmuşdur. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə əsasən Borclu adına olan «FORD FUSİON» minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə müvafiq qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2. maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3245/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli saylı icra sənədi üzrə borc hal-hazırki vaxtadək ödənilməmiş, beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. İş materiallarında olan, “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Borclu adında «FORD FUSİON» minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3245/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «FORD FUSİON» minikmarkalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3245/2021 nömrəli, 20 sentyabr 2021ci il tarixli saylı icra sənədi üzrə Borclu məxsus «FORD FUSİON» minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar