Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-146/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Tələbkar X2 iştirakı ilə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri, Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri, Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 04 fevral 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 sentyabr 2018-ci il tarixdən başlayaraq Borclu hər ay 154 manat məbləğində aliment tutularaq Tələbkar verilməsi, Borclu 30 manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə tələbkar X4 məhkəmə iclasında izahatında bildirdi ki, borclunun 5000 manata yaxın aliment borcu var. Bildiyinə görə borclu 2022-ci ilin yanvar ayından məhkum olmuşdur. Təqdimatın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Bakı şəhəri, Xəzər rayon icra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, eləcə də borclu məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclasına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, təqdimatı və iş materiallarını keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericiliyin mahiyyətinə əsasən, məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur. Hazırki təqdimatda isə icra məmuru tərəfindən Borclu onun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması qeyd edilsə də, bu barədə hər hansı sübut əlavə olunmamışdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2018-ci il tarixdə borcluya təqdim edilmiş, xx.xx.2021-ci il tarixdə izahatı alınmışdır. Bundan sonra borclunun icra şöbəsinə çağırılması və borclunun çağırışa gəlməkdən boyun qaçırması barədə hər hansı bir sənəd əlavə edilməmişdir. Eyni zamanda Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)- 272/2022 saylı hökmündən görünür ki, Borclu, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkməsinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən məcburi gətirilmə tədbirinin tətbiq edilməsinə də zərurət yoxdur. Buna görə də təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri, Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən gündən 10 (on) gün müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-146/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-146/2023
21.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver