Məhkəmə qərarları › İş №8(003)-147/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-147/2022

27.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-147/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(003)-537/2021 №-li qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(003)-537/2021 №-li qətnaməsinə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh X3 2857.32 manat əsas borc, 379.84 manat faiz borcu və 20 manat cərimə olmaqla, ümumilikdə 3257.16 manat məbləğində pul vəsaiti və 29 manat məbləğində dövlət rüsumu tutulması, "xxxx" (Nikoyl İKB) Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 14 mart 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, hazırda isə X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(003)-537/2021 №-li qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə tutulan pulu birdəfəlik ödəyə bilmir. Maddi imkanı pisdir, körpə uşaqları və himayəsində əlil qohumu vardır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(003)-537/2021 №-li qətnaməsinin hissəhissə edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, borclunu dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. Bundan əlavə, işin məhkəmə iclasında araşdırılması zamanı isə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(003)-537/2021 №-li icra sənədinin icrasına əngəl törədən və borclu üçün əlverişsiz olan hallar öz sübutunu tapmamış, həmçinin, məhkəmə, icra sənədinin hissə-hissə icra olunmasının tələbkarın mənafeyinə uyğun gəlməməsini və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq ərizənin rədd olunması qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(003)-537/2021 №-li qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar