Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-147/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun icra sənədinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elmir Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X1 nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tələbkar, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin, o cümlədən borclu və tələbkar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elmir Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elmir Məmmədovun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-147/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-147/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver