Məhkəmə qərarları › İş №8(003)-149/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-149/2023

03.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-149/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Tələbkar, X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 2(003)-33/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsi vəzifəsinin icra məmurunun üzərinə öhdəlik kimi qoyulmasına dair X1 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən 2(003)-33/2022 saylı xx.xx.2022 il tarixli icra sənədi üzrə icra icraatının “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən Bakı İnzibati Məhkəməsində iddiaçı Tələbkar iddia tələblərinə əsasən baxılan 2- 1(112)-1967/2023 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-33/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 Siyah Əli oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsindən çıxarılmalı, həmin bağ sahəsində olan tikililər borclunun hesabına sökülməli, həmin torpaq sahəsi boşaldılaraq Tələbkar təhvil verilməlidir. Göstərilən icra sənədinin verilməsi üçün əsas olmuş Xəzər rayon Məhkəməsinin 2(003)-33/2022 saylı xx.xx.2022 il tarixli qətnaməsində qeyd olunmuşdur ki, Tələbkar alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ massivində olan 71 saylı sahəsi 0.12 ha təşkil edən torpaq sahəsini almışdır. Daha sonra Tələbkar bağa dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin alınması məqsədi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21(82)-1646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən ona “Torpağın planı və ölçüsü” sənədi verilmişdir. Bundan sonra Tələbkar həmin sxemdə göstərilən plana müvafiq olaraq torpaq sahəsinə baxış keçirdiyi zaman müəyyən etmişdir ki, həmin sahə X3 istifadəsindədir. Bu səbəbdən o məhkəməyə müraciət etmiş və Xəzər rayon Məhkəməsinin 2(003)33/2022 saylı xx.xx.2022 il tarixli qətnaməsi ilə X3 torpaq sahəsindən çıxarılması qət edilmişdir. Diqqətə çatdırırmışdır ki, X3 istifadəsində olan torpaq sahəsindən çıxarılması qərarının əsasını təşkil edən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı olmuşdur. Belə ki, bəhs edilən sənəd göstərilən qərarın icra edilməsinin nəticəsi olaraq tərtib edilmişdir. Həmin inzibati iş üzrə iddiaçı Tələbkar, X3 faktiki sahibliyində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini tələb etmiş, ərizəsinin icrasından imtina edildikdə inzibati icraat qaydasında məhkəməyə müraciət etmişdir. Həmin inzibati iş üzrə X4 inzibati prosessusl-qanunvəricilikdə nəzərdə tutulmuş qaydada, yəni “zəruri cəlbetmə” qaydasında işə cəlb edilməli olduğu halda bu edilməmiş, nəticədə onun iştirakı olmadan qərar qəbul edilmişdir. Məhkəmə qərarı icra edilərək Tələbkar adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi məhz onun göstərdiyi sahə olaraq X3 faktiki istifadəsində olan torpağa dair tərtib edilmişdir. Tələbkar Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etdikdə iddianın təmini tədbirinin icrası qaydasında tikinti işlərinə qadağa qoyulduğu zaman X4 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarın mövcudluğundan xəbər tutmuş və həmin qərarı mübahisələndirmişdir. İnzibati icraata baxan məhkəmə X3 zəruri cəlbetmə qaydasında işə cəlb edilməli olduğu halda bunun edilmədiyini və bununla bağlı qüvvədə olan qanunvericilik normalarının tətbiq edilməli olduğunu (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Qərarı) nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx.xx.2022 il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarını ləğv edərək inzibati iş üzrə icraatın təzələnməsini qərara almışdır. Nəzərə alınmalıdır ki, icra işi üzrə borclu X4, Tələbkar mülkiyyətində olan 71 saylı torpaq sahəsinin mülkiyyət hüquqlarını mübahisələndirmir. Mübahisə həmin torpaq sahəsinin koordinatlarının X3 qanuni istifadəsinə verilmiş 770A saylı bağ sahəsinin yerinə icra edilməsi ilə bağlıdır. Bununla bağlı müstəqil mütəxəssis rəyi alınmış və həmi rəylə müəyyən edilmişdir ki, Tələbkar məxsus olan 71 saylı bağ sahəsi, iddia etdiyi, yəni mübahisələndirilən ərazidən təxminən 4 km aralıdadır. Mövcud məhkəmə praktikasına əsasən, torpaq mübahisələri ilə bağlı ekspertiza rəyi yalnız Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə verildiyindən, hal-hazırda iddiaçı Tələbkar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X4 cəlb edilməklə) “Torpağın planı və ölçüsü” sənədinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsində baxılan 2-1(112)-1967/2023 saylı inzibati iş üzrə xx.xx.2023cü il tarixli qərardadla məhkəmə ekspertizası təyin edilmişdir. Beləliklə, hal-hazırda reallıq bundan ibarətdir ki, 2(003)-33/2022 saylı xx.xx.2022 il tarixli icra sənədinin əsasını təşkil edən məhkəmə aktı — 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Həmin qərarın çıxarılmasına əsas olan iddia tələblərinə icraatın təzələnməsindən sonra yenidən baxılır. Belə olan halda, icra sənədi üzrə Tələbkar mübahisəli torpaq sahəsinə dair hüquqlarını müəyyən etməli olan yekun məhkəmə aktının olmadığı aşkardır. Göstərilənlərlə bağlı, yəni borclu X4 tərəfindən icra sənədinə dair iddia qaydasında mübahisə qaldırılmasını və həmin iddianın məhkəmədə baxılmasını nəzərə alaraq Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək “İcra Haqqında“ Qanunun 17.1.4. maddəsinin tələblərinə əsasən Tələbkar məxsus torpağ sahəsinin Şüvəlan qəsəbəsinin hansı hissəsinə düşməsi məsələsinə dair yekun məhkəmə qərarı çıxarılana qədər icra tədbirlərinin dayandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin buna baxmayaraq Xəzər rayon İcra şöbəsindən icra tədbirlərin dayandırılmasına dair onlara heç bir rəsmi məlumat verilməmiş, ümumiyyətlə ərizəinə hər hansı bir münasibət bildirilməmişdir. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Borclu, yəni X4 tərəfindən məhkəməyə müraciət edilmişdir və həmin müraciət formal deyil, müraciətin bu gün üçün nəticələri də var. Belə ki, qeyd etdikləri kimi, tələbkarın tələbinin əsasını təşkil edən məhkəmə aktı məhz borclunun müraciətinin qanunvericilikdə nəzərdə tutulmuş normalara əsaslandığı səbəbindən ləğv edilmişdir. Halhazırda tələbkarın tələbinin hüquqi əsasını təşkil etməli olan məhkəmə işi hələ məhkəmə baxışındadır. Bu baxımdan hesab edirik ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və şikayətin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Tələbkar şikayətə etiraz edərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, artıq 4 ildir ki, öz torpaq sahəsinə daxil ola bilmir. Borclunun vəkilinin bildirdiyi müstəqil ekspertiza rəyi ilə bağlı qeyd etmişdir ki, onun 4 km kənarda torpaq sahəsi olmuş və o, həmin torpaq sahəsini satmışdır. Lakin həmin torpaq sahəsinin sahəsi 0.24 ha olmuş və hazırki torpaq sahəsinə aidiyyəti yoxdur. Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra vərəqəsindən görünür ki, X4, iddiaçı Tələbkar məxsus Bakı şəhəri Xəzər rayonu Şüvlan qəsəbəsi Bağ massivi 71 saylı bağ sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində olan tikililər (ev, hasar və s. tikililər) X3 hesabına sökülməli və həmin torpaq sahəsi boşaldılaraq Tələbkar qaytarılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, yuxarıda qeyd olunan icra sənədi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin icraatındadır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1646/2019 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Tələbkar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün verilməsinə dair iddia tələbi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1646/2019 saylı 30 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi, X3 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1646/2019 saylı 30 may 2019-cu il tarixli qərarı ilə iddiaçı Tələbkar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi bardə iddiası təmin edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Tələbkar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb olunmaqla) qarşı torpaq sahəsinin planı və ölçünün verilməsinə tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan X1 nümayəndəsi və vəkili Nümayəndə Xəzər rayon İcra şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, o, ərizə ilə icra şöbəsinə müraciət edərək İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra vərəqəsi icraatın dayandırılmasını xahiş etmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra sənədi üzrə borclunun çıxarılması tələb olunan torpaq sahəsinə dair tələbkarın Tələbkar adına torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edilmiş və onun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb olunmaqla) qarşı torpaq sahəsinin planı və ölçünün verilməsinə tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiasına mahiyyəti üzrə yenidən baxılır. Azərbaycan Respublikası MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən tərəfindən dayandırılır. İcra üzrə icraatın dayandırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarına əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq icra məmuru tərəfindən dayandırılmalıdır. Buna baxmayaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair X1 nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra sənədi üzrə borclunun çıxarılması tələb olunan torpaq sahəsinə dair Tələbkar adına torpaq sahəsinə dair plan və ölçüsünün verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən və Tələbkar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb olunmaqla) qarşı torpaq sahəsinin planı və ölçünün verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiasına mahiyyəti üzrə yenidən baxıldığından icra sənədi üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən dayandırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra sənədi üzrə icraatın “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən dayandırılması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin üzərinə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-33/2022 saylı icra sənədi üzrə icraatın “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4cü maddəsinə əsasən dayandırılması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin üzərinə öhdəlik qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar