Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-153/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə, Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay 200 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına münasibətdə indeksikasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, o, Borclu ilə xx.xx.2003-cü ildə nikaha girmişdir. Borclu ilə birgə faktiki nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı üç uşaqları doğulmuşdur. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 tələbkarın himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 600 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatıblar. xx.xx.2013-cü il təvəllüdlü X3 isə yetkinlik yaşına çatmamışdır.Uşaqlar böyüdükcə və tələbatları artdıqca onun tələbatlarını təkbaşına ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə Borclu arasında 30 iyul 2003-cü il tarixdə Ağsu rayonunun Növcü kənd icra nümayəndəliyində 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavavbdeh Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq 600 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavavbdeh Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq 600 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda uşaqlardan ikisi xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir. Həmin yarımbəndə qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2016-cı il üçün ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmişdir. Göründüyü kimi, 2016-cı ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 105 manat təşkil etmiş, məhkəmə tərfindən uşaqların saxlanması üçün hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 1,90 (200:105) mislini təşkil etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə təmin edilməlidir. Belə ki, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla cavabdehdən hər ay hər uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 1,90 misli məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,90 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2337/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,90 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılsın Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №8(003)-153/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-153/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver