Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-154/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli e-2(003)-707/2020 saylı icra sənədi üzrə Borclu məxsus «VAZ 210630» minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli e-2(003)-707/2020 saylı icra sənədinə əsasən, Borclu cəmi 4611.68 manat məbləğində pul tutularaq tələbkar “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməlidir. Hazırda qeyd olunan icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli e-2(003)-707/2020 saylı icra sənədi 12.05.2020-ci il tarixdə şöbəyə daxil olmuş və icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İş üzrə verilmiş icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətini yoxlamaq üçün elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən, Borclu adına «VAZ 210630» minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olmuşdur. Göstərilənlərə və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən Borclu adına olan «VAZ 210630» minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə müvafiq qərar çıxarılması məhkəmədən xahiş olunmuşur. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 45.1. maddəsində göstərilir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni zamanda, həmin Qanunun 50.2. maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılan hallarından məlum olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli e-2(003)-707/2020 saylı icra sənədi üzrə borc hal-hazırki vaxtadək ödənilməmiş, beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. İş materiallarında olan, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Borclu adında «VAZ 210630» minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli e-2(003)-707/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «VAZ 210630» minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2020-ci il tarixli e-2(003)-707/2020 saylı icra sənədi üzrə Borclu məxsus «VAZ 210630» minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-154/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-154/2022
09.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver