Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-154/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun Borclu məxsus “VAZ 21074” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-193/2022 saylı qərardadı ilə X4 məxsus olan “VAZ 21074” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov təqdimatla məhkəməyə müraciət edərək “VAZ 21074” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 401/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu tələbkar X3 xeyrinə 3052 (üç min əlli iki) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat cavabdeh Borclu, 20 (iyirmi) manat iddiaçı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər Rayon Məhkəməsinin 8(003)193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xx.xx.2023-cü il tarixli ərizə ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillin üzərindən həbsin götürülməsi xahiş olunur. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı X3 xeyrinə 3052 (üç min əlli iki) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat məbləğində pul vəsaiti tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat cavabdeh Borclu, 20 (iyirmi) manat iddiaçı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus olan “VAZ 21074” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, borc Borclu tərəfindən tam şəkildə ödədiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasov təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək “VAZ 21074” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)193/2022 saylı, xx.xx.2022-ci saylı qərardadı ilə “VAZ 21074” markalı, **-SJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borc Borclu tərəfindən tam şəkildə ödədiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 401/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)193/2022 saylı, xx.xx.2022-ci tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21074” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-163, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)193/2022 saylı, xx.xx.2022-ci tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21074” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-154/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-154/2024
18.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver