Məhkəmə qərarları › İş №8(003)-157/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-157/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-157/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı Şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2502/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2502/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 və X1 nəvələri 04 mart 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtı müəyyən edilməlidir. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə qeyd olunan icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2502/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X2 və X1 nəvələri 04 mart 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtı müəyyən edilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2502/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X2 və X1 nəvələri - 04 mart 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin həftənin şənbə günləri saat 11:00-dan axşam saat 16:00-dək görüş və ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2502/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2502/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Hüseynova (Şirinova) Sülhiyyə Nadir qızı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin portalının çıxarışlarından görünür ki, həmin iş hazırda 2(103)-4984/2023 nömrə ilə Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, icra məmurunun borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd etmək lazımdır ki, hazırki mülki iş üzrə icra məmuru tərəfindən icra üzrə icraat dayandırılmalı və heç bir icra hərəkəti həyata keçirilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda məcburi dayandırılır. 19.1.6-cı maddəsinə əsasən bu Qanunun 17.1.7-ci maddəsində nəzərdə tutulmuş halda icraat icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Göründüyü kimi, mülki iş üzrə apellyasiya şikayətinin verilməsinə baxmayaraq icra məmuru tərəfindən icra üzrə icraat dayandırılmalı olduğu halda icra hərəkətləri davam etdirilmiş və borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin – Borclu barəsində məcburi gətirmə tətbiq olunmasına dair təqdimatı təmin olunmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar