Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-158/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakları üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-769/2017 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov Borclu əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2082/2017 saylı icra vərəqəsinə əsasən Borclu və X1 birgə qaydada 1706 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borcluya məxsus “ZİL MMZ” yük markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “QAZ 3110” minik markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “ZİL MMZ” minik markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “QAZ 3110” minik markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2082/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu və X1 birgə qaydada 1444 ABŞ dolları məbləğində əsas borc, 117 ABŞ dolları məbləğində faiz borcu, 145 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1706 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq kreditor BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-769/2017 saylı qərardadının surətindən görünür ki, təqdimat qismən təmin edilərək Borclu məxsus “ZİL MMZ” yük markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “QAZ 3110” minik markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-2082/2017 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. -BOKT "xxxx" ASC tərəfindən Xəzər rayon İcra Şöbəsinə verilmiş xx.xx.2022-ci il tarixli 1885 saylı məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-2082/2017 saylı icra sənədi üzrə borc tam şəkildə ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədinin icrasını təmin etmək üçün göstərilən əmlakların üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-769/2017 saylı qərardadına əsasən Borclu məxsus “ZİL MMZ” yük markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “QAZ 3110” minik markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-769/2017 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “ZİL MMZ” yük markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “QAZ 3110” minik markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-158/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-158/2023
25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver