Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-16/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, X3 katibliyi ilə, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5000,0 (beş min) manat borc tutularaq Tələbkar ödənilməlidir. Borclu 80,0 (səksən) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi. üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin və tələbkarın nümayəndəsi, eləcə də borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, borclu məhkəmə iclasına gəlməmişdir lakin ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə prosesini təxirə salınmasını xahiş etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 5000,0 (beş min) manat borc tutularaq Tələbkar ödənilməlidir. Borclu 80,0 (səksən) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə Borclu rəsmi olaraq təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsində izahat vermiş və bildirmişdir ki, məhkəmə qərarı barədə xəbərdardır, hal-hazırda maddi imkanı yoxdur, lakin borcunu ödəyəcəyinə söz verir. Həmçinin daşınar və daşınmaz əmlakı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinini xx.xx.2023-cü il tarixli məktubunnun sürətindən görünür ki, Borclu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin sürətindən görünür ki, Borclu səhhətində olan problemlərlə əlaqəli olaraq borcu ödəyə bilmədiyini və ona möhlət verilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən borclu - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında yaşayan Borclu məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirillməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurları borclunun yaşadağı ünvana getmişlər, lakin borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən borclu – xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsində izahat vermiş və bildirmişdir ki, məhkəmə qərarı barədə xəbərdardır, bugünə kimi xəstəxanada olduğunu, müalicə aldığını bildirmişdir. İş materiallarında olan MN №1748704 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun sürətindən görünür ki, Borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraatda inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən borclu – xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdən aktın sürətindən görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurları borclunun yaşadağı ünvana getmişlər, lakin borcun yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilmədi. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən borclu – xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsində izahat vermiş və bildirmişdir ki, məhkəmə qərarı barədə xəbərdardır, iddiaçıya 300,0 manat ödəniş edib. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən borclu – xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən borclu - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında yaşayan Borclu məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, borclu Xəzər Rayon Məhkəməsinin yuxarıda adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin surətini və icra şöbəsinə dəvət edilməsi barədə xəbərdarlığı almış, lakin nə qanunla müəyyən edilmiş müddətdə, nə də keçən müddət ərzində icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Məhz bu hərəkətləri ilə borclu icra sənədinin icrasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155"A” №-li bağ ünvanında qeydiyyatda olan Borclu Xəzər rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-16/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-16/2025
14.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver