Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-161/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Tədqimat vermiş Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev bildirdi ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5375,59 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birgə borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməlidir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar "xxxx" ASC və Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2335/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu əsas borca görə 4562,21 manat, faizə görə 740,36 manat və dövlət rüsumuna görə 73,02 manat olmaqla cəmi 5375,59 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. -xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və tələbin könüllü icrası barədə borcluuya bildiriş göndərilmişdir. Borclu həmin qərarı və bildirişi xx.xx.2023-cü il tarixdə əlbəəl almışdır. -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu “X3” MMC-də sığorta/təkrarsığorta üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 300 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İcra haqqında” Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İşin hallarından görünür ki, icra məmuru tərəfindən məcburi icra tədbirləri tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, borclunun rəsmi iş yeri vardır. İcra sənədində qeyd edilən tələb borclunun aylıq əmək haqqına vaxtaşırı tutulmalar şəklində yönləndirilə bilər. Bu səbəbdən, hal-hazırda borclunun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına heç bir zərurət yoxdur. İcra haqqında haqqında Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərindəndir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-161/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-161/2023
20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver