Məhkəmə qərarları › İş №8(003)-163/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-163/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-163/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3644/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus “Mazda CX-5” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon icra Şöbəsinin icra məmuru Şəfəq Hüseynova təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Mazda CX-5” minik markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3644/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu 17,453,66 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)-2100/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mazda CX-5” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu icra sənədi üzrə tələbi tam şəkildə ödədiyindən iş üzrə icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu mülkiyyətində olan “Mazda CX-5” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzərindən həbsin göturulməsi xahiş edilmişdir. Təqdimatın baxılma yeri və vaxtı barədə borclu, tələbkar və Xəzər rayon İcra Şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3644/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu 17,453,66 manat məbləğində pul vəsaiti və 141,94 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)- 100/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Borclu mülkiyyətində olan “Mazda CX-5” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tələbkar ASC-nin Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, tələbkar icra sənədi üzrə tələb tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3644/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3644/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)- 100/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mazda CX-5” minik markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Xəzər rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar