Məhkəmə qərarları › İş №8(003)-164/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-164/2024

16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-164/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-195/2022 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasov Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2798/2017 saylı icra vərəqəsinə əsasən borclular Borclu və X1 birgə qaydada 1147,3 məbləğində əsas, 91,97 manat məbləğində faiz borcu, 114,73 manat məbləğində cərimə, cəmi 1354 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1374 manat məbləğində pul tutularaq kreditor "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi mqəsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-195/2022 saylı qərardadına əsasən Borclu məxsus olan “İJ 27175” yük markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “İJ 27175” minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borclulara və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borcluların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-2798/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular Borclu və X1 birgə qaydada 1147,3 manat məbləğində əsas borc, 91,97 manat məbləğində faiz borcu, 114,73 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1374 manat məbləğində pul tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-195/2022 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək Borclu məxsus “İJ 27175” yük markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-2798/2017 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. - "xxxx" QSC tərəfindən Xəzər rayon İcra Şöbəsinə verilmiş 073757 saylı məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-2798/2017 saylı icra sənədi üzrə borc tam şəkildə ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədinin icrasını təmin etmək üçün göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-195/2022 saylı qərardadına əsasən Borclu məxsus “İJ 27175” yük markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-195/2022 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “İJ 27175” yük markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar