Məhkəmə qərarları › İş №8(003)-165/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-165/2024

16.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-165/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi Borclu məxsus “MERCEDES BENZ C220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon Məhkəməsinin 2-346 saylı, xx.xx.2006-ci il tarixli icra sənədi üzrə Borclu hər ay aylıq alimentin sabit məbləği olmaqla 60 manat məbləğində aliment pulu alınaraq uşaqların saxlanması üçün tələbkar X1 xeyrinə ödənilməlidir. Görülmüş icra tədbirləri zamanı Borclu mülkiyyətində olan “Mercedes Benz C220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra məmurunun əsaslandırılmış təqdimatı əsasında tələbin şəxsi əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)- 74/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Mercedes Benz C220” minik markalı, 90-VA- 429 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Əzizbəyov Rayon Məhkəməsinin 2-346 saylı, xx.xx.2006-ci il tarixli icra sənədi üzrə başlanmış icraata borc tam ödənildiyi üçün xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Odur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-74/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Mercedes Benz C220” minik markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Əzizbəyov Rayon Məhkəməsinin 2-346 saylı, xx.xx.2006-ci il tarixli icra sənədi üzrə Borclu hər ay aylıq alimentin sabit məbləği olmaqla 60 manat məbləğində aliment pulu alınaraq uşaqların saxlanması üçün tələbkar X1 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-74/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Borclu məxsus “MERCEDES BENZ C220” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Əzizbəyov Rayon Məhkəməsinin 2-346 saylı, xx.xx.2006-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Təqdimata əlavə edilmiş tələbkar X1 Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, borlcu Borclu icra sənədi üzrə aliment borcunu tamamilə ödədiyini, icra sənədinin icrasına xitam verilməsini, borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, tələbkarın icra sənədinə xitam verilməsini xahiş etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-74/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus “MERCEDES BENZ C220” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-392/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus «MERCEDES BENZ C220» minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar