Məhkəmə qərarları › İş №8(003)-166/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-166/2022

16.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-166/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Borclu məxsus avtomaşının üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan «Mersedes C180” minik markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-873/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 2313 (iki min on üç) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 858 (səkkiz yüz əlli səkkiz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcu, 245 manat 13 qəpik artırılmış faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat və kredit müqaviləsinin surətinin notarial təsdiq edilməsilə əlaqədar 15 (on beş) manat məbləğində pul vəsaiti, ümumilikdə 3453,01 (üç min dörd yüz əlli üç manat bir qəpik) məbləğində pul vəsaiti tutulmalıdır. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)794/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes C180” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" ASC xx.xx.2021-ci il tarixdə məktub ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “Mercedes C 180” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahiş olunur. İş üzrə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-873/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclular Borclu və X1 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 2313 (iki min on üç) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 858 (səkkiz yüz əlli səkkiz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcu, 245 manat 13 qəpik artırılmış faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat və kredit müqaviləsinin surətinin notarial təsdiq edilməsilə əlaqədar 15 (on beş) manat məbləğində pul vəsaiti, ümumilikdə 3453,01 (üç min dörd yüz əlli üç manat bir qəpik) məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-794/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “Mercedes C 180” minik markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli **********019 nömrəli məktubundan görünür ki, bank borclu tərəfindən icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırası zamanı müəyyən edildi ki, icra sənədinin icrası məqsədi ilə Borclu məxsus “Mercedes C 180” minik markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin icra sənədi tam icra olunduğundan, bank borclu tərəfindən icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, hazırda isə icra sənədi üzrə icraata xitam verildiyindən avtomobil üzərində həbsin qalmasına zərurətin aradan qalxdığını nəzərə alaraq təqdimat təmin edilməklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-794/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes C 180” minik markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-794/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes C 180” minik markalı, **-ER-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar