Məhkəmə qərarları › İş №8(003)-168/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-168/2025

26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-168/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3384/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “Zil MMZ 4502” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3384/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi məqsədilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Zil MMZ 4502” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən icra sənədinə xitam verilmişdir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-3384/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 5006,76 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-yə ödənilməlidir. İş materiallarına əlavə olunan Xəzər Rayon Məhkəməsinin 8(003)-83/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “ZİL MMZ 4502” yük markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025ci il tarixli məktubun surətindən görünür ki, bu məktubda Xəzər Rayon Məhkəməsinin 2(003)-3384/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə Borclu "xxxx" KB ASC-yə olan borcunun tam ödənildiyi bildirilmiş və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, borc tam ödənildiyindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-3384/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin araşdırılmış hallarından görünür ki, borcluya məxsus əmlakın üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, borcluya məxsus əmlakın (avtomobilin) üzərində həbsin qalmasına olan zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-83/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə “ZİL MMZ 4502” yük markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar