Məhkəmə qərarları › İş №8(003)-170/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-170/2022

07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-170/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Borclu məxsus avtomaşının üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadın çıxarılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-165/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “VAZ 21074” minik markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 3347/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 961.40 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-nə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)-165/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus «VAZ 21074» minik markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" ASC-nin 5895 saylı, xx.xx.2021-ci il tarixli məktub ilə Xəzər rayon icra şöbəsinə müraciət edərək, icra sənədi tam icra olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 3347/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 961.40 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-nə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-165/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus «VAZ 21074” minik markalı ** CH *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, hazırda icra sənədi üzrə borc ödənildiyindən avtomobil üzərində həbsin qalmasına zərurətin aradan qalxdığını nəzərə alaraq təqdimat təmin edilməklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-165/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus «VAZ 21074” minik markalı ** CH *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 88(003)-165/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus «VAZ 21074” minik markalı ** CH *** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar