Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-174/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(00*)-1*1/202* saylı, *0.08.202*-cü il tarixli məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair X2nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(00*)-1*1/202* saylı *0.08.202*-ci il tarixli qətnaməsinə əsasən X1 xeyrinə cavabdeh X4 8500 manat məbləğində pul tutulmalıdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, qətnamənin tərəfimdən bir dəfəyə tam olaraq, icra edilməsinə maddi vəziyyəti imkan vermir. Belə ki, hazırda aylıq qazancı 500 manat təşkil edir. Bundan başqa yoldaşı ağır xəstədir və onun müalicəsi üçün də xərclər ona qətnaməni tam icra etməyi qeyrimümkün etmişdir. Bununla bağlı o, icra məmuruna möhlət verilməsi barədə müraciət etsə də icra şöbəsi bundan imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Ona görə də Xəzər rayon Məhkəməsinin 2(00*)-1*1/202* saylı *0.08.202*-ci il tarixli qətnaməsinin icra olunmasına 6 ay möhlət verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 2*1.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00*)-1*1/202* saylı *0.08.202*-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, X4 8062 manat borc və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 8162 (səkkiz min yüz altmış iki) manat tutularaq iddiaçı X* ödənilməsi təmin edilməməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 2*1.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən X7 isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni hissə-hissə icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(00*)-1*1/202* saylı, *0.08.202*-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə X2nın ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*1, 26*-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(00*)-1*1/202* saylı, *0.08.202*-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2nun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-174/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-174/2024
24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver