Məhkəmə qərarları › İş №8(003)-174/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-174/2025

29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-174/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(003)-367/2021 saylı icra sənədi üzrə X1, X8 və X6 tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları X1, X8 və X6 şikayət ilə müraciət edərək, icra məmurunun İcra Qanununda nəzərdə tutlmayan qanunsuz hərəkətlərinin dayandılmasını və aparılmasının qadağan olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər raton RPİ-nin 2-ci Pols Bölməsinin rəisinin adina vurulmuş teleqramdan şikayətinin mahiyyətindən görünür ki, “2-ci X10 İcra Məmuru Mübariz Abbasovun mob 070 ******* bi günə İcraya başladiğı Qərarı olmadan polis nəfəri ayrilmasi haqda saxta məktubu onlara göndərib. Məqsəd - öncədən törədilən oğurluq , dələduzluq faktını gizlətmək üçün qərarı əvəzinə, əhımiyyətsiz məktubla guya 2ci PB İcra üçün Polis ayırıb, əslində isə 2021 -ci ildən məhkəmə qərari ilə 200.000 manatliq ev əşyaları tələb olunan borclu MTK-çi X9 mob 0*02864118 və Polis olmayan mühafizəçilərinə, mülkü şəxslərə Polis paltarı geyimdirməklə tələbkarları aldatmaq istəyir. İcraya başladın Qərarı olmadan saxta məktubla tələbkarların, ev əşyaları olan Buzovna qəsəbəsi əvəzinə Yasamal rayon ərazisində cinayət əməlini yekunlaşdirmaq istəyirlər. Xahiş edir ki, Polis qanunsuz dələduzluq işdə iştirak etməsin. İcra haqqında qərarı yoxlasın və nəzarətdə saxlamaqla ərizələri əsnasında altı ay öncədən cinaiyyət işinin başlanması haqda tədbirlər əməliyyat axtarış işi aparılsın. Hazırki ərizə ilə onun, Rüstəmova Pərvanənin işdə rolu təlabkardir. Mübahisə sadə izahli hüquqi dildə işin faktiki hali belədir, 2(003)-367/2021 sayli Qətnamə ilə İcra vərəqində tələbkar o, Rüstəmova Pərvanə və qarşi tərəf isə X12 taninmişdir. İcra Vərəqində adi qeyd olunan ev əşyaları yerləşdiyi fərdi evdən, borclu icra məmurunun qərarı olmadan ev əşyalarını fərdi evin daxilində onun 4 il ərzində şikaiyyətlərinə məhəl qoymadan təhvil verilmədən, özbaşinaliq ilə yerindən yük maşınına yükləyib, aidiyyyəti məhkəmə və ərazi aidiyyətindən *0 km sair rayon aidiyyətli əraziyə X12in naməlun ünvanında yerləşdirib. Əlbəttə ki, bu haqda İcra Məmurunun qərarı olmadan ünvanına xəbərnamə olmadan iş məhkəmədə ola ola araşdırma və yeni şikaiyyəti icraatda ola ola fərdi evin yerləşdiyi aidiyyətli məhkəmə ərazinin yurisdiksiyasından fərqli Yasamal rayon ona, məhkəmə binasında tələblar Rüstəmova Pərvanəyə qarşi pretenziyasiz iddia ərizəsi ünvanına daxil olmadan iddia Ərizəsini məhkəmənin hazırlıq iclasına təyin edib. İcra Vərəqi üzrə borcclu statusu olan X1* evə 30 il sahibçilik edən vərəsələrin tələbkarlarin ev əşyalarinin saxlanmasina görə 20 may 202*-ci il tarixli qeydiyata alinan İddia ərizəsi ilə ondan 13 .000 manat haqq tələb edir. Onu da qeyd edir ki X12 arasında iki qətnamə və iki icra Vərəqi vardir. Qətnamə № 1 satici o Rüstəmova Pərvanə vərəsə 2019-cu il tarixində alqi satqi müqaviləsi ilə 0.12 ha boş torpaq Qiyasov Alimə satmişdır, onun adına olan çıxarışda da 0.012 ha boş torpaq qeydi vardir. Bu faktla bağli ayrıca qətnamə İş 2(003)-1449/2021 sayli qətnamə və İcra Vərəqi vardir. İcra Vərəqində də boş torpaq qeydi var. Məhkəmə qərarlarında da 0.12 ha torpaq haqqında mübahisə var və bitib lakin İcra olunmayıb, yəni Qiyasov Alimə 0.012 ha boş torpaq ona məqsədli təhvil verilməyib ki, fərqli 2(003)-367/2021 saylı məhkəmə qətnaməsi olan İş 2(003)-367/2021 sayli iş sırf fərdi evə aidddir. Haqqında məhkəmə işi ayri icraatda iş üzrə tələbini fərdi evin əvvəlki 30 ildə yaşadğı hala hüquqi vəziyyətə qaytarilmasi olub. Sual belədir bu iddianın X12 üçün hansi qanuni prespektivi var? Qiyassov Alimin iddia ərizəsi 20 may 202*-ci il qeydi vardir və məzmununa görə ev əşyalari onun ambarındadir . Lakin İcra məmurunun ünvanima məktubundan həlli olur, ki İcra məmuru onu sabah ev əşyaları 30 il olan ünvana çağırır və ev əşyalarını ona təhfil vermək istəyir . Belə çıxır ki, İcra məmuru onu ev əşyaları olmayan ünvana 30 illik ünvana bəhanə ilə çağirır ki, aldadıb, sair ünvana aparib ev əşyalarını ona təhvil versin. Beləki İcra məmurunun məktubu İcra hərəkətlərinin hansı ünvanda aparılacağı haqda məlumat yoxdur . Ev əşyalarının icra məmurunun qərarı olmadan fərdi evdən çıxarılması və *0 km uzaq əraziyə aparılması özbaşınalıqdır. Bu mülki hüquq pozunutusudur (qanunsuz sahibliyə bərabər). Ehtimal ki, Cinayət Məcəlləsinin 177.1 (oğurluq) və ya 186.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrini də doğura bilər. Borclunun -Qiyasov Alimin iddia ərizəsi (20.0*.202*) - əsassız və prespektivsizdir. Qiyasov Alim hazırda İcra vərəqinə əsasən borcludur - yəni hüquqlarınız pozulmuş şəxs olaraq tanınmaqda haqiqiliyi, qanunsuz əldə etdiyi və yerləşdirdiyi əşyalar üçün 13.000 manat “saxlanma haqqı" tələb edir. Proses iştirakçılarının izahatı Tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 06.0*.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra ilə bağlı bildiriş borclulara təqdim edilmişdir. xx.xx.2024-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlmədiyi üçün icra hərəkətləri təxir edilib. X* Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 2*.10.2024-cü il tarixli ərizəsindən görünür ki, əşyaların olduğu ünvan yararsız hala düşüb və bunun nəticəsində əşyalar yararsız hala düşə bilər. Buna görə əşyalar götürülməsə başqa ünvana daşınacaq. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 2*.10.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 31.10.202*-ci il tarixinə saat 11:00-a teyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 31.10.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlməmişdir. X* Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əşyaların olduğu ünvan yararsız hala düşüb və bunun nəticəsində əşyalar yararsız hala düşə bilərdi deyə əşyaları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Ordubad küçəsi 2 saylı evə daşınmışdır. Tələbkara istənilən zaman təhvil verilməyə hazırdır. Xəzər rayon İcra şöbəsinin arayışının sürətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X6 ilə xx.xx.2024-cü il tarixdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanıldı, ona bidirildi ki, tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi küç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi bildirildi. Xəzər rayon İcra şöbəsinin arayışının sürətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2021 nömrəli, xx.xx.2021-ci i tarixli icra sənədi üzrə X6 ilə 23.0*.202*-ci il tanxdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanılaraq həmin tarixə təyinat olduğu ona bidinldi və tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi kuç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi xahiş olunsada o gələ bilməyəcəyini bildirdi. 14.0*.202*-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlmədiyi üçün 23.0*.202*-ci il tarixə təxir ediblər. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 14.0*.202*-ci il tarixli məktububndan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 23.0*.202*-ci il tarixinə saat 11:00-a teyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 23.0*.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. 23.0*.202*-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 29.0*.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 0*.06.202*-ci il tarixinə saat 11:00-a teyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 0*.06.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun *-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 7*.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur Azərbaycan Respublikası MPM-nin 1*.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. Məhkəmənin mövqeyi Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İcra sənədinin icrası ilə bağlı qanuni prosedurlar tam şəkildə yerinə yetirilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən 06.0*.2021-ci il tarixdə icraata başlanması barədə qərar qəbul edilmiş, tərəflərə könüllü icra ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. X2 tərəfindən əmlakların əvvəlki ünvanın yararsız hala düşməsi səbəbilə yeni ünvana – Buzovna qəs., ünvan 5qanı məlumatlandırılmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2021 nömrəli, xx.xx.2021-ci i tarixli icra sənədi üzrə X6 ilə 23.0*.202*-ci il tanxdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanılaraq həmin tarixə təyinat olduğu ona bidinldi və tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi kuç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi xahiş olunsada tələbkarlar icra proseslərində iştirakdan yayınmışlar. İcra məmuru tərəfindən məhkəmə qərarının icrası məqsədilə bir neçə dəfə (xx.xx.2024, xx.xx.2024, 14.0*.202* və 23.0*.202* və s.) konkret tarixlərdə yerində baxışlar həyata keçirilmişdir. Həmin tarixlərində icra məmurları hal şahidlərinin iştirakı ilə əraziyə getmiş, lakin hər dəfə tələbkarların icra hərəkətlərində iştirak etməmələri səbəbilə icra təxirə salınmışdır. Hər bir icra tədbiri barədə əvvəlcədən tərəflərə rəsmi qaydada məlumat verilmiş, iştirak üçün şərait yaradılmışdır. Borclunun əmlakları mühafizə altına alaraq başqa ünvana daşıması və təhvilə hazır olması icra sənədinin ruhuna və məqsədinə uyğundur. Borclunun xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etdiyi kimi, əşyaların saxlandığı ünvan yararsız hala düşdüyündən əmlak başqa ünvana daşınıb və istənilən vaxt tələbkara təhvil verilməyə hazırdır. İcra məmurunun fəaliyyəti "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Qanunvericiliyin tələblərinə əsasən, icra məmuru icra sənədində göstərilən tələblərin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün bütün qanuni tədbirləri görməlidir. İcra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müəyyən edilir ki, icra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir, icra məmurunun hərəkətlərində qanun pozuntusu yoxdur, icra sənədinin icrası ilə bağlı zəruri və qanuni tədbirlər görülmüşdür. Tələbkarlar özləri icra hərəkətlərində iştirak etməmiş və təhvil alma prosedurlarından yayınmışlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(003)-367/2021 saylı icra sənədi üzrə X1, X8 və X6 tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(003)-367/2021 saylı icra sənədi üzrə X1, X8 və X6 tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar