Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-175/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadının izah edilməsinə dair ərizəçi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X18 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X15 cavabdehlər X8, X9, X6 və X10 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X16 cavabdehlər X15, X8, X9, X5, üçüncü şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsə sayılması, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat ofisinə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadı ilə qərara alınmışdır ki, iddiaçı X15, X8, X9, X6 və X16 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. X15, X8, X9, X6, X7 mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını nənələri X10 verilməsinə və yerdə qalan 5 (beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmirlər və gələcəkdə də ona düşən miras paya dair heç bir iddiaları olmayacaq.
2. X16 da öz tərəfindən oğlu, mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını qəbul etməyə və yerdə qalan 5(beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmir və gələcəkdə də miras payların bölgüsünə dair heç bir iddiası olmayacaq. 3.Hər iki tərəf bu razılıq sazişinin bütün şərtlərini heç bir əlavə şərtlər irəli sürmədən əməl etməyi öhdəsinə götürür.” X4 məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyi bildirilmiş və qanunvericiliyə uyğun olaraq barışıq sazişinin icra olunması üçün icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadı ilə təsdiq olunmuş barışıq sazişi icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X21 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin qeyd olunan qərardadına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadı icra şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlanılmış, lakin məlum olmuşdur ki, icra sənədində mübahisə predmeti olan daşınar miras əmlakları barədə heç bir məlumat qeyd olunmamışdır. Ərizəyə baxılması yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadına izah edilməsinə dair ərizə təmin edilməlidir. Belə ki, iddia tələblərinin və iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin tədqiq olunması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras əmlakına daxil olan daşınar əşyalar “İkarus 256” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı, “İkarus” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı, **-VU- *** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 59 Avtobus” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes G55” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndinə müvafıq olaraq qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışnın predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, işin araşdırılması zamanı tədqiq edilmiş sübutlar, tərəflərin izahatı və onlar arasında bağlanmış barışıq sazişi ilə mərhum tərəflərin X2 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların, yəni “İkarus 256” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı, “İkarus” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı, **-OU- *** dövlət qeydiyyat nişanlı, “İkarus 256 59 Avtobus” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes G55” markalı, **- RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ümumi paydan düşən 1/6 (altıda bir) miras payının X10 verilməsinə və yerdə qalan 5 (beş) payın digər vərəsələr X15, X8, X9, X6, X7 arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə dair razılığa gəldikləri müəyyən edilmişdir. Lakin tərəflər barışıq sazişində miras əmlaka daxil olan daşınar əşyaların adlarını sadalamadığından, barışıq sazişi təsdiq olunarkən qərardadın nəticə hissəsində həmin daşınar əşyalar qeyd olunmamışdır. Odur ki, hazırkı qərardada izah verilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 saylı qərardadına izah verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-175/2023 il tarixli qərardadına izah verilsin. Qərardada, Barışıq Sazişinin 1-ci bəndində göstərilən X15, X8, X9, X6, X7 mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını nənələri X10 verilməsinə və yerdə qalan 5 (beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmirlər və gələcəkdə də ona düşən miras paya dair heç bir iddiaları olmayacaq dedikdə, X2 miras qalmış İkarus” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 Avtobus” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı, “İkarus 256 59 Avtobus” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes G55” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarət daşınar miras əmlakların hər birində ümumi paydan düşən 1/6 (altıda bir) miras payının X10 verilməsi və yerdə qalan 5 (beş) payın digər vərəsələr X15, X8, X9, X6, X7 arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsini özündə ehtiva etməsi kimi izah verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.