Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-177/2023 24.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-476/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)- 476/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan Bakı şəhər Probasiya İdarəsinin xeyrinə 2277.4 manat məbləğində pul tutulmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, heç bir yerdə işləmir, himayəsində azyaşlı uşağı vardır. Maddi vəziyyəti çox ağırdır. Qeyd olunan məbləğdə pul vəsaitini birdəfəyə ödəmək imkanı yoxdur. Maddi və ailə vəziyyətini nəzəzə alaraq Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-476/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin hər ay 100 (yüz) manat olmaqla hissə-hissə icra olunması barədə qətnamə qəbul edilməsini xahış etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-476/2023 saylı, xx.xx.2023cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək “Attenti” markalı elektron nəzarət komplektin dəyəri olan 2277,4 manat məbləğində pulun X2 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən X4 isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni hissə-hissə icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-476/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-476/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №8(003)-177/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-177/2023
24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver