Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-177/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus daşınar əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 Borclu məxsus daşınar əmlak (avtomobil) üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 959/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 №-li qeyd edilmiş, “İlkin alqı-satqı müqaviləsi” adlanan 13 iyul 2023-cü il tarixli müqavilə ləğv edilməli və Borclu 10000 (on min) manat məbləğində pul vəsaiti alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası ilə bağlı bildiriş rəsmi qaydada borcluya təqdim edilməsinə baxmayaraq, borclu tərəfindən könüllü icra müddətində icra sənədinin icrası təmin edilməmiş və icranın təmin edilməməsi ilə bağlı heç bir üzrlü səbəb göstərilməmişdir. Borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin və başqa sərvətlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq sorğular göndərilsə də, müsbət nəticə əldə olunmamışdır. Bununla belə “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən, Borclu mülkiyyətində “BYD FANGCHENGBAO 8 PLUG- İN HİBRİD” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Ona görə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcluya məxsus “BYD FANGCHENGBAO 8 PLUG-İN HİBRİD” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 təqdimatın məzmununa uyğun izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. İclasın yeri və vaxtı barədə borclu və tələbkar xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə uyğun olaraq, onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 959/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış, notariat qaydasında təsdiq edilmiş, reyestrdə 3M-2754 №li qeyd edilmiş, “İlkin alqı-satqı müqaviləsi” adlanan 13 iyul 2023-cü il tarixli müqavilə ləğv edilməli və Borclu 10000 (on min) manat məbləğində pul vəsaiti alınaraq Tələbkar verilməlidir. İş materiallarından məlum olur ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş Borclu rəsmi olaraq təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Borcluov İsbəndiyar oğluna hüquq və vəzifələri izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş və icra sənədindən xəbərdar olduğunu, icra sənədini imkansızlıq səbəbindən icra etmədiyini, bu günə qədər icra sənədi üzrə heç bir ödəniş etmədiyini, adına daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış 6 (altı) ədəd avtomobilinin olduğunu, aidiyyəti təşkilatlarda qiymətli kağızlarının və ya əmanətinin olmadığını bildirmişdir. İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, Borclu mülkiyyətində “BYD FANGCHENGBAO 8 PLUG-İN HİBRİD” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “BYD FANGCHENGBAO 8 PLUG-İN HİBRİD” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 45.2-45.3, 45.5-45.6-cı maddələrinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkmə araşdırması zamanı müəyyən edildi ki, borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilməsinə baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və icranın təmin edilməməsi ilə bağlı heç bir üzrlü səbəb göstərilməmişdir. Eyni zamanda icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin olması aşkar edilməmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına “BYD FANGCHENGBAO 8 PLUG-İN HİBRİD” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-959/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin təmini ilə bağlı borclunun avtomobilinin üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Belə ki, məhkəmə aktları əsassız olaraq icra edilmədiyi təqdirdə şəxsin konstitusion hüququ olan hüquqların məhkəmə təminatı xəyali hüquqa çevrilir və icra sənədi icrasız qaldığı üçün tələbkarın maraqları pozulur ki, bu hallar da yolverilməzdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-959/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus olan “BYD FANGCHENGBAO 8 PLUG-İN HİBRİD” minik markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №8(003)-177/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-177/2025
25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver