Məhkəmə qərarları › İş №8(003)-18/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-18/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-18/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədində əsasən ddia tələbi qismən təmin edilmiş, VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitədən ibarət miras əmlakın 4/6 hissəsinə X3 və 1/6 hissəsinə X2 pay hüququ (məcburi pay) müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. X1 həmin qərardan şikayət verərək, qərarın ləğv edilərək icra sənədinin icra edilməsi etdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, VAZ 21150 minik markalış ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitədən ibarət miras əmlakın 4/6-hissəsin X3 və 1/6 hissəsinə X2 pay hüququ (möcburi pay) müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədinə əsas olmuş qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmiş və həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin buna baxmayaraq həmin qətnamə üzrə icra vərəqəsi verilmiş və Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam, verilməsinə dair icra məmuru xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin icraata xitam qərarı qanunsuz və əsassızdır və həmin qərar ləğv olunaraq, icra varəqəsi Xəzər Rayon İcra Şöbəsinə qaytarılması barədə yeni qərar qəbul edilməlidir. Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək, icra vərəqəsinin icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən icra sənədi tam icra olunduğu halda icra sənədə üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi tam icra olunmadan icra məmuru tərəfindən icra sənədinə xitam verilməsi haqqında qərar qəbul olunmuşdur və həmin qərar əsassız olduğundan şikayət təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə xitam verilməsi haqqında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar