Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-180/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, X1 əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-857/2017 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair X5 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 X1 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-5067/2016 saylı icra vərəqəsinə əsasən borclu X2, X3 və X4 müştərək qaydada 953 ABŞ dolları və cəmi 2445 manat məbləğində pul vəsaiti "xxxx" QSC-nin xeyrinə ödənilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)- 7975/2016 saylı icra vərəqəsinə əsasən X2 cəmi 760 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-857/2017 saylı qərardadı ilə ona məxsus “VAZ 11183” minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)- 5067/2016 saylı icra sənədinin icraatına icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə, xx.xx.2016-cı il tarixli 2(003)-7975/2016 saylı icra sənədinin icraatına isə icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. Göstərilənlərə əsasən ona məxsus “VAZ 11183” minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-5067/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, X2, X3 və X4 müştərək qaydada 953 ABŞ dolları , eyni zamanda cəmi 2425,04 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-5067/2016 saylı qərardadından görünür ki, xx.xx.2016-cı il tarixli 2(003)-5067/2016 saylı məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. -Xəzər rayon İcra Şöbəsinin İcra məmurunun xx.xx.2017-ci il tarixli qərarının surətindən məlum olur ki, xx.xx.2016-cı il tarixli 2(003)-5067/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. -xx.xx.2016-cı il tarixli 2(003)-7975/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, X2 cəmi 760 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. -Xəzər rayon İcra Şöbəsinin İcra məmurunun xx.xx.2023-cü il tarixli qərarının surətindən aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-7975/2016 saylı icra sənədinə xitam verilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-857/2017 saylı qərardadından görünür ki, təqdimat təmin olunaraq X5 adına olan “VAZ 11183” minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi borclu X6 məxsus “VAZ 11183” minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasına əsas olmuş hər iki icra sənədi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-857/2017 saylı qərardadına əsasən borclu X6 məxsus “VAZ 11183” minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-857/2017 saylı qərardadı ləğv edilsin və X6 məxsus “VAZ 11183” minik markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-180/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-180/2023
01.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver