Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-181/2023 24.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin borclu X5 borclunun məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev – borclu X5 məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/2022-048 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdehlər X4 377 (üç yüz yetmiş yeddi) manat və X2 377 (üç yüz yetmiş yeddi) manat məbləğində maddi zərər, 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçılar X7, X9 və X8 ödənilsin. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyəri cavabdehlər X10 və X2 hər birindən ekspertiza dəyərinin ½ hissəsi olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu, X14 QİZİnın icra sənədində göstərilən Mərdəkan qəsəbəsi, Məmmədbəyli küçəsi, ev 74, mənzil 49 saylı ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə tərəflərindən qəbul edilərək borclu X5 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, borclu X1 məcburi gətiriməsi barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər, Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev məhkəməyə müraciət edərək zərurət aradan qalxdığı üçün təqdimatı geri qaytarılmasını xahiş etdi. Məhkəmə icra məmurunun izhatını və ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində isə borclunun məcburi gətirilməsina dair işlərdə ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər, Xəzər Rayon İcra Şöbəsinin rəisi İdris Həsənquliyevin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən təqimat geri qytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə icra məmurunun izhatını və ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Borclu X5 borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №8(003)-181/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-181/2023
24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver