Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-183/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2831/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə borclu - Borclu 293 manat 71 qəpik əsas borcun, 142 manat 6 qəpik cərimənin, cəmi 435 manat 77 qəpik borcun və 20 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-204/2015 nömrəli, 30 mart 2015-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(003)-2831/2014 №-li icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Mercedes 190” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “Mercedes 190” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2831/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasına xitem verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməımişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2831/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məhkəmə əmri üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 20.3-cü və 20.8-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir və icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədinin müvafiq məhkəməyə qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatının təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2831/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mercedes 190” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-204/2015 nömrəli, 30 mart 2015-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Mercedes 190” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-183/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-183/2024
13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver