Məhkəmə qərarları › İş №8(003)-187/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-187/2025

10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-187/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Borclu qarşı məhkəmə qətnaməsinə ödənilməmiş pul məbləğinin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(003)-2749/2012 nömrəli və 20 fevral 2013-cü il tarixli 2(003)-699/2013 nömrəli icra sənədlərinə əsasən Borclu mənə ödəməli olduğu 2500 manat pul vəsaitinin 2012-ci il tarixindən 2024-cü ilin sonunadək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin artması nəzərə alınmaqla hesablanmış pul vəsaitinin Borclu tutulub mənə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Borclu ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişdir. Borclunun məhkəmə iclasına gəlməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-ci maddəsinə əsasən Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı Tələbkar tərəfindən Borclu qarşı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(003)-2749/2012 nömrəli və 20 fevral 2013-cü il tarixli 2(003)-699/2013 nömrəli icra sənədlərinə əsasən 2500 (iki min beş yüz) manat pul vəsaitinin istehlak qiymətləri indeksinin artımı nəzərə alınmaqla 2012-ci ildən 2024-cü ilin sonunadək hesablanaraq ödənilməsi barədə ərizə ilə müraciət edilmişdir. İddiaçının ərizəsi ilə tələb etdiyi “stehlak qiymətləri indeksinə uyğun olaraq borcun artırılması və yenidən hesablanması” tələbi ilkin qətnamənin və ya icra sənədinin tərkibində nəzərdə tutulmamışdır. Belə tələblər yalnız mülki hüquq münasibətlərinə dair yeni iddia predmeti ola bilər. Bu isə qanunvericiliyə əsasən yalnız iddia icraatı qaydasında baxıla bilən mübahisədir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa əsasən, icra məmurları yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktlarında nəzərdə tutulmuş tələblərin icrasını təmin edə bilərlər. Mülki Məcəllənin müddəalarına əsasən, pul öhdəliyinin icrası gecikdirildikdə, kreditora dəymiş zərərin əvəzinin ödənilməsi tələbi irəli sürülə bilər. Həmin maddə və Mülki Məcəllənin 1095 və 1096-cı maddələri əsasında istehlak qiymətləri indeksinə uyğunlaşdırma ilə əlavə ödənişlər yalnız mülki məhkəmə icraatında, iddia qaydasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin müddəalarına görə, iddia ərizəsi ilə irəli sürülməli məsələ ərizə formasında təqdim olunduqda, məhkəmə bu tələbi icraata qəbul etməməli və ya icraata xitam verməlidir. Hazırkı halda, iddiaçı yeni mülki hüquq tələbi irəli sürmüş, lakin bu tələbi prosessual baxımdan düzgün formada – iddia ərizəsi kimi təqdim etməmişdir. İddiaçının ərizəsində irəli sürdüyü tələb – inflyasiya (istehlak qiymətləri indeksinə) uyğun olaraq borcun artırılması –mövcud məhkəmə qərarlarının icrası çərçivəsində mümkün deyil və bu məsələ yeni mülki hüquq münasibəti yaratdığından yalnız iddia icraatı qaydasında baxıla bilər. Beləliklə, hazırki işdə Tələbkarnin tələbi hüquqi prosedura uyğun olmadığından məhkəmə tərəfindən işə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261,263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Tələbkar Borclu qarşı “məhkəmə qətnaməsinə ödənilməmiş pul məbləğinin icra qaydasında indeksləşdirilməsi” tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar