Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-189/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2076/2016 nömrəli, 06 aprel 2016cı il tarixli məhkəmə əmri ilə borclu – xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, keçid – 108, Q.İsmayılov küçəsi, döngə 2, ev 20-də qeydiyyatda olan Borclu 2986,30 manat əsas borcun, 734,97 manat faiz borcunun, cəmi 3721,27 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3741,27 manatın tutularaq ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1755/2016 nömrəli, 28 noyabr 2016-cı il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2076/2016 nömrəli, 06 aprel 2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adında olan “VAZ 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2076/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitem verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməımişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2076/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 20.3-cü və 20.8-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir və icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədinin müvafiq məhkəməyə qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatının təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1755/2016 nömrəli, 28 noyabr 2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1755/2016 nömrəli, 28 noyabr 2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus olan “VAZ 21074” minik markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-189/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-189/2024
23.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver