Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-191/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2716/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2716/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu - Borclu məxsus olan "QAZ 2410" minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Hazırda Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov təqdimatla məhkəməyə müraciət edərək, borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2716/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzr başlanmış icraata borc tam ödənildiyi üçün xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş üzrə Xəzər Rayon İcra şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsədə, icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2716/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 800 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə borc tam ödənildiyindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2716/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə əsasən xitam verilməsi barədə qərar qəbul edilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İşin araşdırılmış hallarından görünür ki, borcluya məxsus əmlakın üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi üzrə icraata «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, borcluya məxsus əmlakın (avtomobilin) üzərində həbsin qalmasına olan zərurət aradan qalxmışdır. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 128/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə borcluya məxsus olan "QAZ 2410" minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-128/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu - Borclu məxsus olan "QAZ 2410" minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-191/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-191/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver