Məhkəmə qərarları › İş №8(003)-191/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-191/2024

07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-191/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2339/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatla məhkəməyə müraciət edərək, Borclu Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-2339/2023-048 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3 barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır” kimi yaydığı yalan məlumatları “Space” Telekanalının “Gəl Danış” verilişində təkzib etməklə, həmçinin “ailəliklə türmədə yatmış şəxs, terrorist” kimi yaydığı yalan məlumatları “Kanal 11” adlı Youtube kanalında təkzib etməklə X1 üzr istəməsi vəzifəsi cavabdeh Borclu həvalə edilsin. Cavabdeh Borclu dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsi, X4 ev 83 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədiilə təqdimat təmin edilməlidir. Bеlə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2339/2023-048 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X3 barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır” kimi yaydığı yalan məlumatları “Space” Telekanalının “Gəl Danış” verilişində təkzib etməklə, həmçinin “ailəliklə türmədə yatmış şəxs, terrorist” kimi yaydığı yalan məlumatları “Kanal 11” adlı Youtube kanalında təkzib etməklə X1 üzr istəməsi vəzifəsi cavabdeh Borclu həvalə edilməli, cavabdeh Borclu dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (VÖEN **********, Hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş, cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıq və qərarın surəti borcluya təqdim edilmişdir. İcra işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli icraata başlamaq qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2339/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2024cü il tarixli icraata başlamaq qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsi, X4, ev 83 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən,“Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən,“Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsindəməhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur” (maddə 84.3). Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2339/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsi, X4, ev 83 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar