Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-193/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1373/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclunın Bakı şəhəri Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən Borclu 5000 manat borc tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclunın icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Həmçinin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclunın məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar icra məmuru tərəfindən verilmiş təqdimatın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, borcluya borcun ödənilməsi üçün 10 gün vaxt verilmişdir. Lakin, hal-hazıradək borcu ödəməmişdir. Bundan başqa borclu icra məmurunun çağırışlarına da cavab vermir və icra şöbəsinə gəlmir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən Borclu 5000 manat borc tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixli qərar və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Borclu təqdim edilmişdir. İş materiallarında olan: - Borclu Bakı şəhəri Xəzər rayonu icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, izahatında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1373/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədi ilə bağlı məlumatının olduğunu, maddi imkanı olmadığına görə icra sənədi üzrə tələbin icra edə bilmədiyini bildirmişdir. Eyni zamanda 10 günə icra şöbəsinə gələcəyi barədə bildirmişdir. -xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri Xəzər rayonu icra şöbəsinə gəlməsi tələb olunmuş, əks halda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilmsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov tərəfindən qəbul edilmiş borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Borclu, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırdığından barəsində məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan məlumatın surətindən görünür ki, qeyd olunan məcburi gətirilmə barədə qərardad xx.xx.2023-cü il tarixdə borcluya göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, borcluya icra sənədinin icrası ilə əlaqədar icraata başlama haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsinə və icra şöbəsinə gəlmədiyi təqdirdə məcburi gətirilməsi barədə tədbir görüləcəyi barədə xəbərdarlıq olunmasına baxmayaraq nə qanunla müəyyən edilmiş müddətdə, nə də keçən müddət ərzində icra sənədinin icrasını təmin etməməklə icra məmurunun çağırışları üzrə gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Məhz bu hərəkətləri ilə borclu icra sənədinin icrasını mümkünsüz etdiyindən məhkəmə hesab edir ki, təqdimat əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1373/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədi üzrə xx.xx.1962-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1155A nömrəli bağ ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Xəzər rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət (elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №8(003)-193/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-193/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver