Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-193/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(003)-367/2021 saylı icra sənədi üzrə X1, X8 və X6 tərəfindən Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları X1, X8 və X6 şikayət ilə müraciət edərək, icra məmurunun "İcra haqqında" Qanunda nəzərdə tutulmayan və qanunsuz hesab olunan hərəkətlərinə dair şikayətinin məhkəmədə araşdırılana qədər, həmçinin yeni və qanuni göstərişlər verilməyincə, icra vərəqəsində nəzərdə tutulmayan və icra məmurunun özbaşına həyata keçirdiyi icra hərəkətlərinin dayandırılması və onların aparılmasının qadağan olunması, eyni zamanda, digər şikayətlərinə dair məhkəmə araşdırmalarının hakimlər Zaur Tağıyev, Ramilə Xəzri, Hüseyn Hüseynli və Emin Rüstəmovun icraatına verilməsinin dayandırılmasını xahiş etmişdir. Tələbkarlar ərizəni onunla əsaslandırmışlar ki, Maraqlı şəxs tərəfindən hüquqi qüvvəyə minmiş iki ayrı məhkəmə qərarının icrası zamanı qanunsuz hərəkətlər, məhkəmə qərarlarının təkrifi və vətəndaşların əmlak hüquqlarının pozulması ilə bağlı ciddi qanun pozuntuları törədilmişdir. Hakimlərin vəzifə pozuntuları Hakimlər və məhkəmələr haqqında Qanunun 113-cü maddəsinə əsasən, hakim qərəzsiz, ədalətli və qanuna əsaslanan qərarlar çıxarmalıdır. X14 Xəzri və Zaur Tağıyev 2(003)-367/2021 saylı iş üzrə hüquqi qüvvəyə minmiş qətnamə ilə mübahisə predmeti olan 3 mərtəbəli 700 m2-lik fərdi ev və içindəki 230.000 manatlıq əşyanın qanuni sahibini müəyyən etmələrinə baxmayaraq, sonrakı qətnamədə bu evi boşaltmaq üçün şifahi icra göstərişləri vermişlər, İki fərqli ünvana və hüquqi refimə malik torpaq sahələrinə eyni hüquqi nəticə tətbiq edilməyə cəhd edilmişdir, İcra vərəqəsinin icra edilmədiyi və gizlədildiyi halda, eyni hakim tərəfindən eyni əmlakla bağlı yeni icra cəhdlərinə yol verilmişdir. Bu hallar hakimlərin CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və CM-nin 313 (vəzifə saxtakarlığı) maddələri üzrə məsuliyyətə cəlb olunması üçün əsasdır. İcra məmurunun qanunsuz hərəkətləri: "İcra haqqında" Qanunun: 3.0.1-ci maddəsinə görə, icra məmuru yalnız qanuni icra vərəqəsinə əsasən və həmin vərəqənin hüquqi qüvvədə olan məzmunu çərçivəsində hərəkət edə bilər. 2*-ci maddəsinə əsasən, borclunun hüquqlarını pozan, ona qarşı təhdid və ya təzyiq yolu ilə əmlakın icrasını həyata keçirmək qadağandır. X10 İcra vərəqəsində göstərilməyən fərdi evə dair əşyaların könüllü boşaldılmaması halında "özbaşına boşaldılacaq" deyə təhdid etmiş, Qanuni icra sənədi təqdim etmədən, şifahi tapşırıqlarla əmlaka müdaxilə etmiş. Hakim Zaur Tağıyevin tapşırığı ilə vətəndaşların hüquqlarını pozmuşdur. Bu hal həmçinin CM-nin 320.1.2 (rəsmi sənədi saxtalaşdırma, istifadə etmə) maddəsinin tərkibini yaradır. Yuxarıda göstərilən hallar göstərir ki, eyni tərkibdə olan iki hakim. Bir-birinə zidd olan, fərqli hüquqi nəticələr doğuran qətnamələr vermiş. Bu qətnamələr əsasında vətəndaşın eyni əmlakı ikinci dəfə mübahisələndirilməyə çalışılmış, Eyni zamanda, icra məmuruna qanunsuz şifahi göstərişlər verilməklə əmlakın dələduzluqla boşaldılması məqsəd güdülmüşdür. Bu hallar sübut edir ki, burada təkcə prosesual pozuntular deyil, sistematik korrupsiya və əmlak ələ keçirməyə yönələn cinayət əlamətləri mövcuddur. Belə ki, göstərilən hakimlərin konkret MTK nümayəndələri və digər maraqlı şəxslər tərəfindən təzyiq və təsir altına düşməsi barədə əsaslı şübhələr vardır. Təhdid və təzyiqlərlə bağlı səbəblər məhkəməyə a rıca təedim edilə bilər və bu hallar hakimlərin iş üzrə obyektiv və qərəzsiz baxışına ciddi maneə yaradır, beləki vərəsələrin əmlaki hakimlər və MTK-çilar arasinda artiq bplünmüşdür. Proses iştirakçılarının izahatı Tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 06.0*.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və könüllü icra ilə bağlı bildiriş borclulara təqdim edilmişdir. xx.xx.2024-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlmədiyi üçün icra hərəkətləri təxir edilib. X* Xəzər rayon İcra şöbəsinə ünvanlanmış 2*.10.2024-cü il tarixli ərizəsindən görünür ki, əşyaların olduğu ünvan yararsız hala düşüb və bunun nəticəsində əşyalar yararsız hala düşə bilər. Buna görə əşyalar götürülməsə başqa ünvana daşınacaq. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 2*.10.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 31.10.202*-ci il tarixinə saat 11:00-a teyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 31.10.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlməmişdir. X* Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əşyaların olduğu ünvan yararsız hala düşüb və bunun nəticəsində əşyalar yararsız hala düşə bilərdi deyə əşyaları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Ordubad küçəsi 2 saylı evə daşınmışdır. Tələbkara istənilən zaman təhvil verilməyə hazırdır. Xəzər rayon İcra şöbəsinin arayışının sürətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X6 ilə xx.xx.2024-cü il tarixdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanıldı, ona bidirildi ki, tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi küç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi bildirildi. Xəzər rayon İcra şöbəsinin arayışının sürətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2021 nömrəli, xx.xx.2021-ci i tarixli icra sənədi üzrə X6 ilə 23.0*.202*-ci il tanxdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanılaraq həmin tarixə təyinat olduğu ona bidinldi və tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi kuç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi xahiş olunsada o gələ bilməyəcəyini bildirdi. 14.0*.202*-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlmədiyi üçün 23.0*.202*-ci il tarixə təxir ediblər. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 14.0*.202*-ci il tarixli məktububndan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 23.0*.202*-ci il tarixinə saat 11:00-a teyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 23.0*.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. 23.0*.202*-ci il tarixli aktdan görünür ki, Xəzər rayon İcra şöbəsinin icra məmurları, hal şahidlərinin iştirakı ilə 2(003)-367/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təyin edilmiş ünvanda həmin vaxt olmuşlar lakin tələbkar gəlməmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin 29.0*.202*-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tərəflərə məhkəmə qərarının könullü icrası ilə bağlı bildiriş göndəniniş, lakin icra sənədi üzrə tələb könullu icra müddətində va sonraki ərəfədə təmin edilməmişdir. Bu səbəbdən məhkəmə qərarının məcbun icrası 0*.06.202*-ci il tarixinə saat 11:00-a teyin edilmişdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyindən xahiş olunur ki, səlahiyyətli nümayəndəsinin icrada iştirakını təmin etsin. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən xahiş olunur ki, həmin tarixdə təcili yardım maşınının icra yerində olmasını təmin etsin. Azərbaycan Respublikası FHN Xəzər rayon 2 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinə rəisindən xahiş olunur ki, 0*.06.202*-ci il tarixdə yanğın söndürmə maşınının icra yerində olmasını təmin etsin. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun *-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 17-ci maddəsinə məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə, borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icraat dayandırılır. 18-ci Maddəsinə Əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icraatın dayandırılması mümkündür. 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 7*.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur Azərbaycan Respublikası MPM-nin 1*.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. Məhkəmənin mövqeyi Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. İcra sənədinin icrası ilə bağlı qanuni prosedurlar tam şəkildə yerinə yetirilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi tərəfindən 06.0*.2021-ci il tarixdə icraata başlanması barədə qərar qəbul edilmiş, tərəflərə könüllü icra ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. X2 tərəfindən əmlakların əvvəlki ünvanın yararsız hala düşməsi səbəbilə yeni ünvana – Buzovna qəs., ünvan 5qanı məlumatlandırılmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-367/2021 nömrəli, xx.xx.2021-ci i tarixli icra sənədi üzrə X6 ilə 23.0*.202*-ci il tanxdə 070-621-*4-63 nömrəsi ilə əlaqə saxlanılaraq həmin tarixə təyinat olduğu ona bidinldi və tələbkara məxsus əmlakların hamısı Bakı şəh.,Xəzər ray.,Buzovna qəs.,Ordubadi kuç.,ev 2 ünvanda borclu tərəfindən yerləşdirilmişdir və həmin əmlakların tələbkar tərəfindən götürülməsi xahiş olunsada tələbkarlar icra proseslərində iştirakdan yayınmışlar. İcra məmuru tərəfindən məhkəmə qərarının icrası məqsədilə bir neçə dəfə (xx.xx.2024, xx.xx.2024, 14.0*.202* və 23.0*.202* və s.) konkret tarixlərdə yerində baxışlar həyata keçirilmişdir. Həmin tarixlərində icra məmurları hal şahidlərinin iştirakı ilə əraziyə getmiş, lakin hər dəfə tələbkarların icra hərəkətlərində iştirak etməmələri səbəbilə icra təxirə salınmışdır. Hər bir icra tədbiri barədə əvvəlcədən tərəflərə rəsmi qaydada məlumat verilmiş, iştirak üçün şərait yaradılmışdır. Borclunun əmlakları mühafizə altına alaraq başqa ünvana daşıması və təhvilə hazır olması icra sənədinin ruhuna və məqsədinə uyğundur. Borclunun xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etdiyi kimi, əşyaların saxlandığı ünvan yararsız hala düşdüyündən əmlak başqa ünvana daşınıb və istənilən vaxt tələbkara təhvil verilməyə hazırdır. İcra məmurunun fəaliyyəti "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Qanunvericiliyin tələblərinə əsasən, icra məmuru icra sənədində göstərilən tələblərin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün bütün qanuni tədbirləri görməlidir. İcra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müəyyən edilir ki, icra məmuru icra sənədinin icrasını ləngitmədən, dəfələrlə iştirakçılarla əlaqə saxlamaqla, könüllü və məcburi icra üsullarına müraciət etməklə təmin etmişdir, icra məmurunun hərəkətlərində qanun pozuntusu yoxdur, icra sənədinin icrası ilə bağlı zəruri və qanuni tədbirlər görülmüşdür. Tələbkarlar özləri icra hərəkətlərində iştirak etməmiş və təhvil alma prosedurlarından yayınmışlar. Bundan başqa tələbkarlar digər şikayətlərinə dair məhkəmə araşdırmalarının hakimlər Zaur Tağıyev, Ramilə Xəzri, Hüseyn Hüseynli və Emin Rüstəmovun icraatına verilməsinin dayandırılmasını xahiş etmişdir. Bunula bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin müvafiq tələblərinə uyğun olaraq, məhkəmədə işlərin hakimlər arasında bölgüsü xüsusi proqram təminatı vasitəsilə elektron qaydada, təsadüfi seçim prinsipi əsasında həyata keçirilir. Bu sistemin məqsədi işlərin obyektiv və ədalətli şəkildə bölüşdürülməsini təmin etməkdir və bu prosesdə məhkəmə rəhbərliyinin və ya hər hansı hakimin müdaxiləsi hüquqi cəhətdən mümkün deyil. Həmçinin, müvafiq normativ-hüquqi aktlara əsasən, bir iş üzrə yekun məhkəmə aktı çıxarmış hakimin həmin iş üzrə sonrakı mərhələdə daxil olan prosessual sənədlərə (ərizə, vəsatət, şikayət və s.) baxması praktik və hüquqi baxımdan məqsədəuyğun hesab olunur. Bu yanaşma, həmin hakimin işin hallarını, dəlillərini və əvvəlki qərarların mahiyyətini daha dərindən bilməsi ilə əlaqədardır və prosesin effektivliyini təmin edir. Beləliklə, həmin işlərin eyni hakimin icraatına verilməsi qanunvericiliyin tələblərinə uyğundur və məhkəmənin bu prosesdə hər hansı subyektiv müdaxiləsi və marağı yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(003)-367/2021 saylı icra sənədi üzrə X1, X8 və X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(003)-367/2021 saylı icra sənədi üzrə X1, X8 və X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-193/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-193/2025
17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver