Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-194/2023 16.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun iştirakı ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X1 xx.xx.2022-ci il tarixli 8İ- 2902 reyestr nömrəli icra qeydinə əsasən X2 "xxxx" ASC-nin xeyrinə cəmi 549,31 manat, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin Bakı şəhəri 25 saylı notariat ofisinə geri qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X3 icra sənədində göstərilən ünvanında olmuşlar, lakin tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmçinin, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Hazırda tələbkar "xxxx" ASC həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra qeydi icrasının təmin edilməsindən ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar "xxxx" ASC görülmüş tədbirlər barədə məlumatlandırılmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov qeyd etdi ki, icra sənədi onun icraatına daxil olduqdan sonra mümkün olan tədbirləri görmüş, lakin görülmüş bütün tədbirlər nəticə verməmişdir. Bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar "xxxx" ASC-nin nümayəndəsi, borclu məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə "xxxx" ASC-nin nümayəndəsi və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmamalıdır. İcra işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş: - 09.06.2013-cü il tarixli aktdan müəyyən olunur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X4 icra sənədində göstərilən ünvanında olmuşlar, lakin tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. - İcra məmuru tərəfindən “Əmanətlərin Sığorta Fonduna”, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və digər bank təşkilatlarına borcluya məxsus aktiv bank hesablarının, pul vəsaitinin olub-olmaması barədə sorğular verilmiş və pul vəsaitinin mövcud olmadığı müəyyən olunmuşdur. - İcra məmuru tərəfindən borcluya məxsus daşınar, daşınmaz əmlakların, VÖEN-nin olub-olmaması, təqaüd alıb-almaması barədə elektron sorğular verilmiş və borclunun adına əmlakın olmadığı, təqaüd almadığı aydın olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq və icra işinin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, icra məmuru borclu X4 bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə edilməsi üçün kifayət qədər tədbirlər görmüşdür. Eyni zamanda “Elektron İcra” Sistemi vasitəsilə də borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar əsaslı olduğundan tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin geri qaytarılması” barədə qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-194/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-194/2023
16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver