Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-194/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəçi X7 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(003)- 4476/2017 saylı icra sənədi üzrə borclu X8 məxsus «Mercedes E 320» minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 53212” yük markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Həmin qərardadda qeyd edilmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(003)- 4476/2017 saylı icra sənədinə əsasən, X6, X3, X2, X5 və X4 birgə qaydada cəmi 18601.33 ABŞ məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-370/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və “Kamaz 53212” yük markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, banka olan borcunu artıqlaması ilə ödəmişdir. Bank tərəfindən ona arayış da təqdim olunub. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X9 ilə bank arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 20000 dollar məbləğində (kredit kodu – ***-***-**-**-**********07) kredit öhdəliyi X9 tərəfindən tam olaraq yerinə yetirilmişdir. Məhkəmə, borclunun icra sənədi üzrə icranı tam icra etməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə “Kamaz 53212” yük markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-370/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə “Kamaz 53212” yük markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-194/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-194/2024
15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver