Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-197/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-104/2021 №-li qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xəzər rayon İcra şöbəsinin icra məmuru Nəcəfov Aqilin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(003)-3048/2020 №-li icra vərəqəsinə əsasən, Borclu 593 manat məbləğində ödənilməmiş borc, 59 manat cərimə, və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-104/2021 №-li qərardadı ilə, yuxarıda qeyd olunan icra sənədi üzrə Borclu məxsus “Daewoo Leganza” minik markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-104/2021 №-li qərardadına əsasən Borclu məxsus “Daewoo Leganza” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" MMC xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “Daewoo Leganza” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş ərizədən müəyyən olunur ki, iş üzrə tələbkar "xxxx" MMC xx.xx.2022-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tələbkarın icra şöbəsinə olan ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatın təmin edilməsi məqsədəmüvafiqdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-104/2021 №-li qərardadı ilə Borclu məxsus “Daewoo Leganza” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizə təmin edilsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(003)-104/2021 №-li qərardadı ilə Borclu məxsus “Daewoo Leganza” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-197/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-197/2022
02.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver