Məhkəmə qərarları › İş №8(003)-197/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-197/2025

19.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-197/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili X2, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2924/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları X3 ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsi tərəfindən iddiaçı Tələbkar ona qarşı pul tələbi ilə bağlı iddia ərizəsi qismən təmin edilmiş və 2(003)- 2924/2024 Ne-li xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(003)-2924/2024 No-li xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə apellyasiya şikayəti qismən təmin edilmiş və 23.500 manat pul vəsaitinin ondan tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Hazırda qeyd edilən qətnamə üzrə borcun ödənilməsindən yayınmır və borcunu ödəmək niyətindədir. Məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, rəsmi iş yeri yoxdur və işləmir. Məhkəməyə təqdim etdiyim vəsiqə və şəhadətnamələrdən görünür ki, himayəsində 2 azyaşlı (xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2011-ci il tarixli X11) övladı var. Maddi imkanı aşağı olduğu üçün hissə-hissə ödəniş edə bilir. Məhkəməyə təqdim etdiyi bank çıxarışlarından da görünür ki, tərəfindən aylıq 800 manat qarşı tərəfə ödənilir və Tələbkar tərəfindən buna hər hansı etiraz edilməmişdir. Qeyd olunan məbləğdə pul vəsaitini birdəfəyə ödəmək imkanı yoxdur. Maddi və ailə vəziyyətini nəzəzə alaraq Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2924/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnamə üzrə 23500 manat pul vəsasitinin tərəfindən hissələrə bölunərək aylıq 800 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra borclu ərizə ilə müraciət edərək ödənişin 1il 6 ay və ya 1 il müddətində hissələrə bölünməsinə etirazının olmamasını bildirmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili X4 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu borcundan yanınmır və mütəmadi olaraq ödəyir borcunu, lakin hamsını birdən ödəməyə imkanı yoxdur. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. X3 məhkəməyə ərizə ilə müraciət edərək borcun ödənilməsindən qaçmadığını və 2 dəfə 800,0 manat, cəmi 1600,0 manat ödəniş etdiyini bildirmişdir və bu səbəbdən də borcun 1 il yarıma və ya 1 il müddətinə hissələrə bölünməsini xahiş etmişdir. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək X1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2924/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məşqulluq haqqında xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 məşğulluqla bağlı məlumatı mövcüd deyil. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2011-ci il tarixli X8 atası X7r. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-985/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Tələbkar apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh X6 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qətnaməsi cavabdeh X5 iddiaçı Tələbkar xeyrinə 10500 manat pul tutulması hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği 23500 (iyirmi üç min beş yüz) manat müəyyən edilməsi qət edilmişdir. Ödəniş qəbzlərinin sürətindən görünür ki, 5522********3179 saylı kartdan 5239********9741 saylı kart hesabına xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə 800,0 manat olmaqla, cəmi 1600,0 manat pul köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmənin mövqeyi Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən X9 isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada hissə-hissə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni hissə-hissə icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2924/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissəhissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2924/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar