Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-198/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(003)-5153/2014 saylı icra sənədi üzrə tələbkar "xxxx" MMC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İşin halları Tələbkar "xxxx" MMC şikayət ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5153/2014 saylı iş üzrə xx.xx.2014-cu il tarixli məhkəmə əmrinin icra edilməməsi ilə bağlı, Xəzər rayon tcra şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilərək aradan qaldırılması, məcburi icra tədbirlərinin görülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı cborcun tutulmasıp tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 1397 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (X3) 2(003)-5153/2014 saylı iş üzrə xx.xx.2014-cu il tarixli Məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanında yaşayan Borclu nisyə alqı-satqı müqaviləsinin şərtlərinin pozulduğuna görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 1215 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 15%-i həcmində 182 ABŞ dolları cərimə, cəmi 1397 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu olan məlumata əsasən Xəzər rayonu təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyir və 2-ci qrup əlilliyə görə pensiya alır. Bu barədə Xəzər rayon icra şöbəsinə dəfələrlə rəsmi və şifahi olaraq müraciət etməyimizə baxmayaraq borclunun əmək haqqına və pensiyasına yönəldilməmiş, nəticədə “İcra Haqqında” qanunun 24-cü maddəsi həyata keçirə bilməmişdir. Bakı şəhəri Xəzər İcra şöbəsinin 11 illik hərəkətsizliyi nəticəsində həm vaxtı gedir həmdə pulundan olurlar. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 ərizənin təmin edilməsini xahiş etdi. Digər tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5153/2014 saylı iş üzrə xx.xx.2014cu il tarixli Məhkəmə qətnaməsi ilə ünvan 1 ünvanında yaşayan Borclu nisyə alqı-satqı müqaviləsinin şərtlərinin pozulduğuna görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə 1215 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 15%-i həcmində 182 ABŞ dolları cərimə, cəmi 1397 ABŞ dolları və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Elektron məhkəmə sistemindən şıxarışdan görünür ki, Borclu "X5" Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi vəzifəsində işləyir və 400,0 manat maaş alır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrupa görə 400,0 manat, ƏG - 2-ci qrup,ƏG - 2ci qrup,ƏG - 2-ci qrupa görə 717.08 manat, əlilliyə görə müavinət İİ qrupa görə 180,0 manat məbləğində pensiya və müavinat təyin edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 43-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 44-cü maddəsinə əsasən icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi borclu barəsində məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. 75.2-ci maddəsinə əsasən birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. 84.2-ci mаddəsinə əsаsən icrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsində məhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur Azərbaycan Respublikası MPM-nin 15.2-ci mаddələrinə əsаsən məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. Məhkəmənin mövqeyi Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru Yaqub Qafarovun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Məhkəmə tərəfindən işin materialları, tərəflərin izahatları və təqdim olunmuş sübutlar araşdırılaraq belə qənaətə gəlinmişdir ki, tələbkar "xxxx" MMC-nin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5153/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixli məhkəmə əmri əsasında icraatın aparılmaması və icra orqanı tərəfindən hər hansı məcburi icra tədbirlərinin görülməməsi ilə bağlı şikayəti əsaslıdır. İş üzrə təqdim olunmuş materiallardan məlum olmuşdur ki, tələbkarın qeyd olunan icra sənədi əsasında icra tədbirlərinin görülməsi barədə dəfələrlə müraciət etməsinə baxmayaraq, Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətlərdə heç bir icra tədbiri görülməmiş və tələb olunan sənədlər, o cümlədən, icra işi də məhkəməyə təqdim edilməmişdir. Qanunvericilikdə nəzərdə tutulan icra hərəkətlərinin həyata keçirilməməsi, tələbkarın hüquqlarının pozulmasına və məhkəmə aktının təsirsiz qalmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, icra məmurunun bu hərəkətsizliyi İcra haqqında Qanunun tələblərinə ziddir və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən və tələbkarın şikayəti təmin edilməli, Xəzər rayon İcra şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilərək aradan qaldırılmalı, və məhkəmə əmri üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün tədbirlərin görülməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5153/2014 saylı iş üzrə xx.xx.2014cu il tarixli məhkəmə əmrinin icra edilməməsi ilə bağlı Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun hərəkətsizliyi qanunsuz hesab edilərək aradan qaldırılsın, məcburi icra tədbirləri görülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-198/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-198/2025
19.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver