Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-199/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə X2nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-183/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(003)- 3504/2019 saylı icra sənədi üzrə borclu X4 məxsus «VAZ 2106» minik markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-183/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və «VAZ 2106» minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3504/2019 nömrəli qiyabi qətnaməsi ilə ondan “Azəriqaz” İB-nin xeyrinə 5665,48 manat və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Onun şikayəti əsasında qiyabi qətnamə ləğv edilmiş, işə yenidən baxılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-43/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Azəriqaz” İB-nin ona qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmiş, ərizə təqdim edərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-183/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(003)-3504/2019 saylı icra sənədi üzrə X4 məxsus “VAZ 2106” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoylmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-43/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, “Azəriqaz” İB-nin X4 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5233/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 43/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, avtomobil üzərinə həbs qoyulmasına əsas olmuş qiyabi qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-183/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “VAZ 2106” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-183/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə “VAZ 2106” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-199/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-199/2024
07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver