Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-200/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadənin -icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə Borclu məxsus “Vaz 21074” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı və “Qaz 2410” minik markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7510/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 36000 manat məbləğində pul vəsaiti tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Edilən sorğu nəticəsində borclunu iş yeri aşkar edilsə də, onun əmək haqqına aliment tələbinin yönəldilməsi məlum olmuşdur. Banklara sorğular nəticəsində onun heç bir gəliri aşkar edilməmmişdir. Bundan sonra, “Elektron icra’’ informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Vaz 21074” minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı və “Qaz 2410” minik markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlaklarının üzərinə həbs qoymaq və onları satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Təqdimata əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(103)-7510/2022 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evin inşasına sərf olunan 36000 manat pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı X1 ödənilməlidir. -xx.xx.2023-cu il tarixli icraata başlama haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixli 2(103)-7510/2022 saylı icra sənədi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borclu tərəfindən xx.xx.2023-cü il tarixdə şəxsən alınmışdır. -Borclu tərəfindən verilmiş izahatlardan məlum olur ki, sonuncu barəsində olan icra işindən məlumatlı olmuşdur. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Borclu adına “Vaz 21074” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı və “Qaz 2410” minik markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci (45.2-45.3, 45.5-45.6cı) maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7510/2022 saylı icra sənədinin təmini ilə bağlı borcluya məxsus “Vaz 21074” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı və “Qaz 2410” minik markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə qanuni qüvvəsini almış qətnamənin icrası gecikdirilməklə bərabər, tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Lakin, “Daewoo Nexia” minik markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil borclunun adına olmadığından onun üzərinə həbs qoyula bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-7510/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “Vaz 21074” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı və “Qaz 2410” minik markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-200/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-200/2023
22.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver