Məhkəmə qərarları › İş №8(003)-202/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-202/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-202/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X8, X9 iştiakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından X9 şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X17 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İca şöbəsinin məmuru E.Fərzəliyev tərəfindən xəbəri və iştirakı olmadan guya işin mahiyyəti üzrə verilən məhkəmə qətnaməsinə əsasən yazılan xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında verilən xx.xx.2024-cü il tarixli qanunsuz qərar (borclunun məcburi gətirilməsi haqqında) qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsi əsasında yazıldığı üçün ləğv olunması, bu iş barəsində icra tədbirləri, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılmasını xahiş etmişdir. Ərizə aşağıdakı məzmunda əsaslandırılmışdır: “Xəbərim və iştirakım olmadan mahiyyəti üzrə qətnamə verərək mənə rəsmi surətdə təqdim olunmadan icraata yönəltdiyi üçün, məni İcra şöbəsinin E.Fərzəliyev adlı bir məmuuru məni xx.xx.2024-cü il tarixində icra şöbəsinə dəvət edərək 500 manat cərimənin ödənilməsini və üzr istəməsini tələb etdi. Mən səbəbini soruşanda dedi ki, hakim E.Rüstəmov tərəfindən icra vərəqəsi yazılıb. Mən bildirdim ki, hakim E.Rüstəmov 2 aydan çoxdur ki, mənə göndərməli olan qəradadı göndərməyə vaxt tapa bilmədiyi halda, mənim xəbərim olmadan keçirilən məhkəmənin qətnaməsini haçan yazmışdır? Vəziyyəti bilən icraçı mənə bildirdi ki, get qəradadı al, şikayətini ver. Ən dəhşətlisi də odur ki, nədənsə məhkəmə qərardadını mənə təqdim etmək istəmirdilər. Uzun mübahisələrdən sonra məhkəmənin inzibati binasının dəhlizində sədrin köməkçisinin köməyi ilə xx.xx.2024-cü il tarixində saat 17.15-də saat qərardad mənə rəsmi qaydada təqdim olunduqdan sonra xx.xx.2024-cü il tarixində qanunda nəzərdə tutulan qaydada şikayət vermişəm, işin mahiyyəti üzrə verilən məhkəmə qətnaməsinə gəldikdə isə bildirdilər ki, qətnamə hazır deyil, hazır olandan sonra poçt ilə sizə göndəriləcəkdir, dəhşətlisi odur ki, 2 aydan sonra yenə də məhkəmə qətnaməsi mənə təqdim olunmadan, verilməsindən xəbərsiz olduğum məhkəmə qətnaməsinə əsasən verilən icra vərəqəsi ilə bağlı guya dəfələrlə icra şöbəsinə çağırşla gəlmədiyim üçün, verilən məcburi gətirilmə qərarı mənə göndərilməmişdir, çünki qərarı yazan icraçı dəqiq bilir ki, qətnamə hələ də mənə təqdim olunmamadığı üçün qanini qüvvəyə minməmişdir, qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsi barəsində icraçının belə bir qərar verməsi vətəndaşı dolamaqdan başqa bir şey deyildir, bu da onu göstərir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev məni dolayır. Şikayətə əlavə etdiyim poçt zərfinə əsasən qərarın olduğu poçt zərfi xx.xx.2024-cü il tarixində yaşadığım ərazinin poçtuna daxil olmuş və xx.xx.2024-cü idə mənə təqim olunmuşur. Belə olan halda şikayətin verilməsinin 10 günlük müddəti xx.xx.2024-cü il tarixinə qədərdir. xx.xx.2024-cü il tarixində şikayəti poçt ilə yola salıram. Möhtərəm Məhkəmə! Yuxarıda göstərdiyim kimi, Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin Elvin Fərzəliyev adlı icra məmuru məni xx.xx.2024-cü il tarixində icra şöbəsinə dəvət edərək 500 manat cərimənin ödənilməsini və üzr istəməsini tələb etdi. Mən səbəbini soruşanda dedi ki, hakim E.Rüstəmov tərəfindən icra vərəqəsi yazılıb. Mən bildirdim ki, hakim E.Rüstəmov 2 aydan çoxdur ki, mənə xx.xx.2023-cü il tarixində təqdim etdiyik qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barəsində xx.xx.2023-cü il tarixində elan etdiyi qərardadı yazıb mənə göndərməyə vaxt tapa bilmədiyi halda, iş barəsində sonradan heç bir məhkəmə iclasları keçirtmədiyi halda, işin mahiyyəti üzrə baxılması barəsində necə məhkəmə qətnaməsi vermişdir. Özbaşınalıq edərək veribsə də, heç olmasa mənə təqdim etməli idi. Bu formada vəziyyəti bilən və bu qanunsuz qərarı verən icra məmuru mənə bildirdi ki, get qəradadı və qətnaməni al, şikayətini ver. Ən dəhşətlisi də odur ki, nədənsə məhkəmə qərardadını mənə təqdim etmək istəmirdilər. Uzun mübahisələrdən sonra məhkəmənin inzibati binasının dəhlizində sədrin köməkçisinin köməyi ilə xx.xx.2024-cü il tarixində saat 17.15-də saat mənə rəsmi qaydada təqdim etdilər. Qətnamə barəsində mənə bildirdilər ki, hələ hazır deyil, hazır olanda göndərərik. xx.xx.2024-cü il tarixində mənə verilən qərardaddan şikayətin verilməsinin 10 günlük müddəti xx.xx.2024-cü il tarixinə qədər olsa da, mən xx.xx.2024-cü il tarixində şikayəti göndərmişəm. Dəhşətlisi odur ki, belə bir halda işə baxan hakim E.Rüstəmov müddətin keçməsi bəhanəsi ilə şikayəti mənə qaytarmışdır. Həmin qərardaddan da qanuna müvafiq surətdə şikayət verərək xx.xx.2024-cü il tarixində işə baxan hakimin ünvanına göndərmişəm. Yuxarıda göstərdiyim kimi işin mahiyyəti üzrə verilən saxta məhkəmə qətnaməsi isə hələ də mənə rəsmi qaydada təqdim olunmamışdır. Bu da onu göstərir ki, bu iş barəsində qanuni qüvvəyyə minən məhkəmə aktı yoxdur. Belə olan halda icra məmurunun bu işin icrası barəsində belə canfəşanlıq etməsi başa düşülən deyildir. İş materiallarından da göründüyü kimi, anam X1 anasıdır. X2 1 Qarabağ Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuşdur. Şəhid anamız X10 ilə birlikdə Masallı rayonun Türkoba İnzibati Ərazi Vahidinin Qəzvinoba kəndində 65 ildən çoxdur ki, 11 nəfər ailə üzvlərimizlə ilə birlikdə yaşayırıq, daha doğrusu 2014-cü ilə qədər yaşayırdıq. Çünki Masallı Rayon İcra Hakimiyyətinin Türkoba inzibati ərazi üzrə nümayəndəliyinin rəhbərliyi və kənd Bələdiyyəsi şəhid anası olan anamın yaşadığı evimizin yerləşdiyi torpaq sahəsini 1977-ci ildə Bakı şəhərində anadan olan və indiki mülki iş üzrə iddiaçı olan 40 ildən çox Bakı şəhərində qeydiyyatda olaraq yaşayan, 2014-cü ilə qədər tanımadığımız, kəndlə heç bir əlaqəsi olmayan, Bakı şəhərində X27 işləyərək təqaüdə çıxan X11 vermək məqsədilə, onunla əlbir olaraq həmin torpaq sahəsində olan və şəhid anasına məxsus olan mənzili onunla əlbir olaraq 2014-cü ildə vəhşicəsinə sökərək viran ediblər. Belə ki, 2014-cü ilin mart-aprel ayrında Bakıda uzun müddətli müalicə alan anam 2014-cü ilin may ayında kəndə qayıtmışdır. Mən Bakıda yaşasam da, hər gün anama zəng edib səhəti ilə maraqlanırdım. 2014-cü ilin təxminən iyun ayının ortalarından başlayaraq anamın telefonuna zəngi çatmadı. Nəhayət 5-ci gün anam çətinliklə də olsa mənə cavab verərək bildirdi ki, X18 adlı bir şəxs 5 gün idi ki, 3-4 fəhlə ilə həyətimizdə olan evi sökürdü, mənə də hədə qorxu gələrək bildirdi ki, evun yerləşdiyi torpaq sahəsini mənə veriblər, bu barədə Bələdiyyədən və icra nümayəndəliyindən sənəd almışam, sən səsini çıxartsan və kiməsə xəbər versən səni də, xəbər verdiyin adamı da öldürəcəyəm. Ona görə də mən qorxumdan 5 gün idi ki, telefona cavab vermirdim. Sonradan anamla əlaqə saxlayanda məlum oldu ki, həqiqətən 5 günün içində 4-5 fəhlə ilə birlikdə Sabit Əliyev adlı bir şəxs evimizi vəhşicəsinə sökərək yerlə yeksan etmiş və ağır buldezor traktororu gətirərək evin yerini hamar edərək torpaq sahəsinə çevirmişdir. Sonradan ona məlum oldu ki, Şəhid anası olan anam Əliyeva Xədicə evin sökülməsinə mane olmaq məqsədilə polisə getmək istəsə də Sabit Əliyevin anası Elmira və Kəmalə adlı xalası bir yerdə anamı zərbə ilə sağ ombası üzərinə yerə çırpıblar ki, ombanın ağrısından heç yerə gedə bilməsin. Uzun müdətli müalicələrdə sonra anam qismən sağalsa da, hələ də həmin ağrıdan əziyyət çəkir. Mən bunu eşidəndə dərhal kəndə qayıtdım. Bu barədə Masallı rayonu X16 şikayət etdik. Dəhşətlisi odur ki, bu məsələni araşdırmaq üçün X12 kəndə gələn polis işçilərinə Türkoba İnzibati Ərazisininin icra nümayəndəsi və kənd Bələdiyyəsi yalan məlumatlar verərək indiyə qədər bu məsələni araşdırmağa imkan verməmişdir. Nəticədə terrordan da ağır olan bu cinayətin üstü indiyə qədər açılmamış və ona hüquqi qiymət verilməmişdir. Ona görə də məcbur olub 2023-cü ilin axırlarında bu barədə ərizə ilə həm Masallı Rayon Polis İdarəsinə və Masallı Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişəm. Həmin ərizənin surətini də bu şikayətimə əlavə edirəm. Həmin vaxtdan başlayaraq iddiaçı X18 indiyə qədər 10 ildən çoxdur ki, başımıza facilərlə dolu müsibətlər aşmasına baxmayaraq, məni məhkəməyə vermişdir ki, guya onu təhqir etmişəm. Məhkəməyə təqdim etdiyim etirazda da göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim edənə qədər başımıza aşağıdakı müsibətləri gətirmişdir: 1) Şəhid anasına hədə qorxu gələrək onu kölə vəziyyətinə salıb isifadəsində olan torpağı mənimsəmək üçün yaşadığı eviin gözü qarşısında vəhşicəsinə sökmüşdür. 2) X27 xidmətdə olarkən bütün ailə üzvlərimizi gözyaşardıcı qaz ilə kor edib yeni tikilmiş evimizin sökülməsinə cəhd etmişdir. 3) Şəhid anası X3 evinə gecə saat 02-də hücum edərək başının dəmir alətləri ilə sındırmışdır: 4) X27 işləməyindən istifadə edərək dəfələrlə yaşadığımız mənzilə hücum edəib mən də daxil olmaqla 3 şəhid bacısına dəfələrlə bədən xəsarətlərin yetirmişdir, 5) Şəhid anasının alnının üz nahiyyəsini gözünün qaş hissələrini çəkdiyi siqareti ilə yandırmışdır (həmin izlər idi də qalmaqdadır.) 6) Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşım üçün yaradılmış Xatirə güşəsinin şəhid olan qardaşımın ruhunu təhqir etməklə dağıtmışdır. 7) Şəhid qardaşımın Xatirə güşəsində olan Azərbaycan Bayrağının təhqir olunaraq cırıb ayaq altına atmışdır. Möhtərəm Məhkəmə! Şərəf və ləyaqətdən danışan iddiaçının hərəkətləri barəsində bəzi vidio yazıları sizə təqdim etmişik. Lakin bütün bunlara baxmayaraq siz isə işi bitərəfli qaydada, yəni heç bir məhkəmə iclası keçirtmədən və iddiaçı tərəfindən başımıza gətirilən müsibətlərin heç birini göstərmədən sənədləri ekspertizaya göndərərək, iddiaçının xeyrinə rəy almağa nail oldunuz. Faktiki olaraq keçirilən ilk məhkəmə iclasında mən iddiaçının məni və şəhid anamın şərəf vələyaqətinin alçaldılması barəsində qarşılıqlı iddia məhkəməyə təqdim etdim. Dəhşətlisi odur ki, qarşılıqlı iddia ərizəmi icraata götürməyən hakim mənə şikayət verməyə vaxt vermədən mahiyyəti barəsində qətnamə vermək istəyirdiniz. Mənim və anamın hay-küyündən sonra məhkəmə sədri bizi qəbul etdikdən sonra işi guya təxirə saldınız ki, qərardadı şikayət vermək üçün mənə təqdim olunsun. Ən dəhşətlisi də odur ki, yuxarıda göstərdiyim kimi, yazılan icra vərəqəsinə əsasən şikayət vermək üçün qərardad mənə təqdim olunmadan, elə qəradad elan olunan günü xəbərim olmadan işin mahiyyəti üzrə məhkəmə qətnaməsi verilmişdir. Qarşılıqlı iddia ərizəsindən də göründüyü kimi, mənim qarşılıqlı iddia ərizədə göstərdiyim dəlillər aşağıdakılardır. Mən qarşılıqlı iddia ərizədə Əliyev Sabitin azyaşlı "Elmir" adlı oğlunun adı ilə bizi təhqir etdirməsi barəsində feysbuk səhifəsindən etdiyim çıxarışları təqdim edirəm: 1) Elmir 2973 1 q. nazad. (iddiaçı Əliyev Sabitin "Feyspukdakı adı" oğlunun adıdır). Reallıq 6276 mənim "Feyspukdakı adımdır". Bu feysbuk səhifəsində mənim ünvanıma aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: "Sizi mən cəhənəmə göndərəcəyəm. Uf demədən. Siz haşaratsınız. Qoca faişələr", 2) Elmir 2973 1 q. nazad. (iddiaçı Əliyev Sabitin "Feyspukdakı adı" oğlunun adıdır). Reallıq 6276 mənim "Feyspukdakı adımdır". Bu feysbuk səhifəsində mənim ünvanıma aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: "Siz Allah tanımırsız ay bədbəxtlər. Sizi cəhənəmə göndərəcəyəm. Hazırlaşın! Təzə paltar alın". 3) Elmir 2973 1 q. nazad. (iddiaçı Əliyev Sabitin "Feyspukdakı adı" oğlunun adıdır). Reallıq 6276 mənim "Feyspukdakı adımdır". Bu feysbuk səhifəsində mənim ünvanıma aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: "Sizin potensialınız var? Nəyəsə son qoymağa? Amma sizin həyatınıza mən son qoyacağam, sizi harada görsəm döyəcəyəm..." 4) Elmir 2 mesyasa nazad. (iddiaçı Əliyev Sabitin "Feyspukdakı adı" oğlunun adıdır). Reallıq mənim "Feyspukdakı adımdır". Bu feysbuk səhifəsində mənim ünvanıma aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: "Bədbəxt sən Allahdan danışma. Ağzınıza Armud qoyun yeyin. Az qalıb Türkmənistanda olan qardaşını gətirəcəyəm bura". Möhtərəm Məhkəmə! İddiaçı Əliyev Sabitin feysbuk səhifələrinin elektron variatından götürdüyüm və çap variantı ilə qarşılıqlı iddia ərizəsinə əlavə etdiyim sənədlərdən də göründüyü kimi, iddiaçı Əliyev Sabit kütləvi informasiya vasitələrində nəinki məni və bacılarımı, hətta şəhid anamın özünü və şəhid qardaşımızın ruhunu da təhqir edir. Belə ki, mən də daxil olmaqla 3 şəhid bacını və şəhid anası olan X4 və şəhid qardaşım olan X13 ruhunu təhqir etmişdir. Belə ki, şəhid anası olan anam X10 və məndə daxil olmaqla 3 şəhid bacısına "həşarət" və "qoca fahişə" deyərək ölümlə hədələmişdir. 32 il qabaq torpaqllarımızın müdafiəsi uğrunda şəhid olan qadaşım X13 isə Türkmənistanda olduğunu və bu yaxınlarda gətirəcəyini bildirmişdir. Bununla da mənə şəhid bacısı kimi böhtan ataraq bildirir ki, guya mən qardaşımı 32 ildir ki, Türkmənistanda gizlədərək ona şəhid adı almışıq. Bu da deməkdir ki, iddiaçı məni şəhid qardaşıma görə 32 il müdətində dövlətdən aldığım 200.000 (yüz minə yaxın pulun mənimsənilməsinə görə böhtan atır, belə ki, şəhid ailəsi kimi hər ay 700 manata yaxın olmaqla dövlət şəhid anası kimi, anama pensiya və Prezident Təqaüdü verir. Bu da ildə 8 min manatdan çox pul edir. 10 ildə həmin pulun məbləği 80 min manat, 30 ildə isə 240 min manat edir. Bu da o deməkdir ki, iddiaçı X29 ailəsi kimi ailəmizi dövlətdən 240 min manatdan çox pulun dələduzluq yolu ilə mənimsənilməsində ittiham edir. Bu məbləğdə pulun mənimsənilməsi iləbağlı şəhid ailəsinə böhtan atır. Bütün bunları mən şəhid bacısı kimi özümə və şəhid ailəsinə qarşı böhtan və təhqir kimi qiymətləndirəm. Bununla da iddiaçı mənim şərəf və ləyaqətimi təhqiq edərək məni mənəvi sarsıntılara məruz qoyaraq mənəvi ziyan vurmuşdur. Bütün bunlara görə şəhid bacısı kimi məndən və şəhid anamdan üzr istəmək əvəzinə, onu törətdiyi cinayətlərə görə qınaq obyektinə çevirərək cinayətlərdən çəkindirmək üçün işlətdiyim ifadələrə görə məni məhkəməyə vermişdir. İşə baxan hakim kimi, şəhid anasının və şəhid bacılarının başına 10 il müddətində gətirdiyi müsibətlərlə dolu faciələrə görə onu qınamaq əvəzinə, ona haqq qazandıraraq məni susdurmaq istəyirsiniz. Ən dəhşətlisi də odur ki, siz məhkəmə iclaslarında ona "Sabit müəllim” deyə müraciət edirsiniz. Yuxarıda göstərdiyim ifadələri işlədənə müəllim demək olarmı? Görəsən ona müəllim deməyə səni nə vadar etmişdir? Bəlkə də onun cinayət hərəkətlərini müdafiə edən kimsə sənə zəng etmişdir ki, Sabit müəllimə kömək edin, siz də ona Sabit müəllim deyirsiniz? Halbuki bütün yuxarıda göstərilənlərlə və işin faktiki halları ilə təsdiq olunur ki, yuxarıda sadaladığım ifadələri ancaq tərbiyyəsində və əxlaqında ciddi problemləri olan şəxslər işlədə bilərlər. X30 bu sözləri işlədibsə deməli onda bu problemlər vardır. Belə problemi olan şəxs barəsində müəllim sözünü işlətmək, həqiqətən əsl müəllimlərə təhqirdir. İddia tələbim də aşağıdakı kimidir: 1) İlkin iddia ərizəsində iddiaçı olan, qarşılıqlı iddia ərizəsində isə cavabdeh kimi qoyduğum X18 şəhid bacısı kimi məni və şəhid anası X10 da daxil olmaqla şəhid bacılarım barəsində işlətdiyi "HƏŞARƏT", "QOCA FAHİŞƏLƏR" və " BƏDBƏXT SƏN ALLAHDAN DANİŞMA , AĞZİNİZA ARMUD QOYUM YEYİN. AZ QALİB TÜRKMƏNİSTANDA OLAN QARDAŞİNİ GƏTİRƏCƏM BURA" sözləri ilə şərəf və ləyaqətimizi elektron kütləvi informasiya vasitələrində alcaldaraq təhqir etdiyi üçün, mənəvi ziyana görə 1000 manat məbləğində pulun mənə ödənilməsi və ailəmizdən üzr istəməsi barəsində qətnamə verəsiniz. 2) Mənim ilkin iddiaçı baəsində işlətdiyim ifadələr onun 10 ildir ki, başımıza gətirdiyi müsibətlərlə dolu faciələri əks etdirdiyindən və məqsədim onu təhqir etmək yox, cinayət hərəkətlərindən çəkindirmək olduğu üçün, həmin ifadələrim təhqir və böhtan olmadığı üçün, ilkin iddia tələbi rədd edilsin. Çünki Şəhid anasının yaşadığı və şəhid olan əsgərin Xatirə Muzeyinin sökülərək yerlə yeksan etməsi vandalizm dolu terror hərəkətləridir. Siz isə işə baxan hakim Əliyev Sabitin elədiklərini gizlədərək, mənim onun etdiyi hərkətlərdən qorunmaq üçün çəkdiyim harayları təhqir kimi qiymətləndirərək onu müdafiə edirsiniz. Lakin bütün bunlarla bir daha təsdiq olunur ki, mən onu təhqir etməmişəm əksinə olaraq Sabit Əliyev məni təhqir etdiyi üçün, onun iddiası rədd olunmalı, mənim qarşılıqlı iddia ərizəm icraata qəbul olunmalı və iddiam təmin olunmalıdır. Möhtərəm Məhkəmə! İşə baxan hakim E.Rüstmov və qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsinin icrası üçün canfaşanlıq edən icra məmuru bu formada Sabit Əliyevi müdafiə etməklə onu daha da yeni cinayətlərə ruhlandırır. Ona görə də məhz məhkəmədən sonra Şəhid ailəsi kim ailəmizə və Şəhid anası kimi anam Əliyeva Xədicəni döyərək dilə gətirilməsi mümkün olmayan nalayiq sözlərlə təhqir etmişdir. Mənz bu iş üzrə məhkəməyə müraciət etdikdən sonra Sabit Əliyev evimizə hücum edərək Şəhid anası olan anamı döymüş və onun ünvanına aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: Həmin ifadələr anamın döyülməsi ilə bağlı MasalıRayon Məhkəməsində baxılan cinayət işinin ittiham aktının 10-ci səhifəsinin 2-ci abzasında təqsirləndirilən şəxs Əliyev Sabitin dilindən aşağıdakı kimidir: - İttiham aktında göstərilir ki, Sabit Əliyev videonun ilk saniyələrində giriş darvazanın yanında durarkən Şəhid anası kimi anam X5 nəzərdə tutaraq "ağacı bunun dalına sala..." dilə gətirilməsi mümkün olmayan ifadə işlətmişddir, - X29 anası kimi anam X5 nəzərdə tutaraq "sənin ağzına iş..." kimi nalayiq ifadələr işlətmişdir. Möhtərəm Məhkəmə! Dəhşətlisi odur ki, hakim E.Rüstəmov bu səviyyədə olan insana müəllim deyə müraciət edərək müdafiə etməklə qarşılıqlı iddia ərizəmizi icraata götürməyərək xəbərim olmadan Sabit Əliyevin xeyrinə məhkəmə qətnaməsi vermişdir. Bununla da əmlakımızın mənimsəməsində ona köməklik edir. Çünki işin faktiki halları ilə təsdiq olunur ki, onun yeganə məqsədi Şəhid anası başda olmaqla ailənin bütün üzlərini öldürmək və onların mülkünə sahib olmaqdır. E.Rüstəmov kimi hakimlər də bilərəkdən və yaxud bilməyərəkdən ona kömək edir. Daha dəhşətlisi odur ki, anam Şəhid anası kimi məhkəmənin sədri kimi sizin qəbulunuzda olub bu barədə sizə ətraflı məlumat versək də heç bir xeyri olmadı. Belə ki, 12 dekabr 2013-cü ildə mən Şəhid anamla birlikdə hakim E.Rüstəmov tərəfindən yol verilən qanunsuzluqlar barəsində qəbulunuzda olanda, siz bildirdiniz ki, hakim tələsikliyə yol verib, o, sizə qərardadı verib məhkəmə iclasını təxirə salmalı idi. Anlaşılmazlıq aradan qaldırıldı, qərardad sizə təqdim olunacaq və sizin şikayət vermək hüququnuz bərpa olundu. Ən dəhşətlisi də odur ki, icra vərəqəsi məhz guya sizin qəbulunuzda olduğumuz günü, yəni 12 dekabr 2023-cü il tarixində verilmişdir. Məhkəmə qətnaməsi mənə təqdim olunmayıbsa da, icra vərəqəsində verilmə tarixi xx.xx.2023-cü il tarixi göstərilmişdir. Bütün bunlarla bir daha təsdiq olunur ki, xəbərim və iştirakım olmadan guya işin mahiyyəti üzrə verilən məhkəmə qətnaməsinə əsasən yazılan xx.xx.2024cü il tarixli icra vərəqəsi əsasında verilən xx.xx.2024-cü il tarixli qanunsuz QƏRAR (borclunun məcburi gətirilməsi haqqında) ləğv olunmalıdır. Bununla da qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsi barəsində icra tədbirləri, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılmalıdır. Bakı şəhəri Xəzər rayon İca şöbəsinin məmuru E.Fərzəliyev tərəfindən xəbərim və iştirakım olmadan guya işin mahiyyəti üzrə verilən məhkəmə qətnaməsinə əsasən yazılan xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında verilən xx.xx.2024-cü il tarixli qanunsuz QƏRAR (borclunun məcburi gətirilməsi haqqında) qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsi əsasında yazıldığı üçün ləğv olunsun, bu iş barəsində icra tədbirləri, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılması barəsində qərar verəsiniz.” Məhkəmə iclasında X17 ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında X18 izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Ərizəyə baxılması barədə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş e-2(003)-2339/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, X18 barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır” kimi yaydığı yalan məlumatları “Space” Telekanalının “Gəl Danış” verilişində təkzib etməklə, həmçinin “ailəliklə türmədə yatmış şəxs, terrorist” kimi yaydığı yalan məlumatları “Kanal 11” adlı Youtube kanalında təkzib etməklə X6 üzr istəməsi vəzifəsi cavabdeh X14 həvalə edilmişdir. Cavabdeh X7 dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X8 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X7 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE******************** qət edilmişdir. İş materiallarından görünür ki, -2(003)-2339/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi T.Əmirov küçəsi X21 ev 83 ünvanına X14 tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayon İcra şöbəsi tərəfindən X9 istifadəsində olan 708718924, 708768712, 708921449, 504006394, 706006394, ********* saylı mobil telefon nömrələrinə SMS bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2024cü il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Əmirov küçəsi, X21 ev 83 ünvanında yaşayan X17 məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 8(003)-191/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2339/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsi, X21, ev 83 ünvanında qeydiyyatda olan borclu X17 Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdim təmin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə X14 X6 üzr istəməsi vəzifəsi həvalə edilmiş, cavabdeh X7 dəymiş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X8 xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh X7 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə aktı icra olunmuşdur. Qətnamənin icrasını təmin etmək üçün icra şöbəsi tərəfindən X14 qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş və o, icra şöbəsinə dəvət edilmişdir. X17 icra şöbəsinə gəlmədiyinə görə onun barəsində “borclunun məcburi gətirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. Daha sonra icra məmuru “borclunun məcburi gətirilməsi” barədə təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə təqdimat təmin edilmişdir. “İcra haqqından Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsindəməhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur" (maddə 84.3). Göründüyü kimi mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və qanunvericilklə müəyyən edilmiş müddətdə icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən isə qanunvericiliyin tələblərinə uyğun olaraq, prosessual hərəkətlər həyata keçirilmiş, yəni icraata başlama haqqında qərar qəbul edilmiş, qətnamənin icrasını təmin etmək məqsədi ilə R.Əliyeva icra şöbəsinə dəvət edilmiş, lakin o, icra məmurunun çağırışlarına gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi haqqında qərar icra məmurunun icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı prosessual hərəkət olduğundan və hazırkı halda maraqlı şəxsin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmadığından ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab edir ki, X9 Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X9 “Bakı şəhəri Xəzər rayon İca şöbəsinin məmuru E.Fərzəliyev tərəfindən xəbəri və iştirakı olmadan guya işin mahiyyəti üzrə verilən məhkəmə qətnaməsinə əsasən yazılan xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında verilən xx.xx.2024-cü il tarixli qanunsuz qərar (borclunun məcburi gətirilməsi haqqında) qanuni qüvvəyə minməyən məhkəmə qətnaməsi əsasında yazıldığı üçün ləğv olunması, bu iş barəsində icra tədbirləri, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər dayandırılması” barədə şikayət ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar