Məhkəmə qərarları › İş №8(003)-206/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-206/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-206/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə X2 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə baxaraq müəyyənetdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1313/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirilməsi, öhdəliyin X6 Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X5 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin e-2(003)-1313/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən qətnamənin icra edilməsi məqsədilə icra məmuru X4 cavabdeh "xxxx" MMC ilə əlaqəyə keçməyə çalışsa da MMC barədə heç bir məlumat əldə edə bilməmiş, onların yeri və ya əlaqə vasitələri barədə hər hansı intormasiya əldə edə bilməmişdir. Məhkəmə proseslərində iştirak edərək iddia tələbini qəbul edən X6 Xidməti nümayəndəsi vətəndaşa köməklik edəcəyini, icra vərəqəsi icra edilmədiyi halda X6 Xidmətinə müraciət edilməsini bildirmişdir. Lakin icra vərəqəsində X6 Xidməti üçün öhdəlik nəzərdə tutulmadığı üçün əmək müqaviləsinin ləğv edilməsinə köməklik edə bilmirlər. Halhazırki vəziyyətdə icra üsulunun dəyişdirilməsi zərurəti yaranmışdır. Xəzər Rayon Məhkəməsinin e-2(003)-1313/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunu və qaydasını dəyişdirilməsi öhdəliyin X6 Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. X1, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Tərəflərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, vahid elektron məhkəmə portalından görünür ki, xx.xx.2023-cü il tarixdə X5 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(003)-123/2023 nömrəli qərardadı ilə X2 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş, X3 inzibati qaydada və (və ya) inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.” Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar qətnamənin icra üsulunun və qaydasının dəyişdirilərək, öhdəliyin X6 Xidmətinə həvalə edilməsi xahiş edir. Məhkəmə hesab edir ki, “qətnamə üzrə öhdəliyin X6 Xidmətinə həvalə edilməsi” barədə ərizə qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi anlamına gəlmədiyindən, qətnamənin icra üsulu və qaydası bu şəkildə dəyişdirilə bilməz. Göründüyü kimi, ərizə X6 Xidmətinin inzibati səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır. Ərizəçiyə bir daha izah olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməli və X3 inzibati qaydada və (və ya) inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X2 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. X3 inzibati qaydada və (və ya) inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar