Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-206/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-859/2017 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1481/2017 saylı icra vərəqəsinə əsasən borclular Borclu və X1 cəmi 5093,24 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1567/2017 saylı, xx.xx.2017-с1 il tarixli icra sənədi üzrə Borclu cəmi 1238.32 manat pul məbləğində borc tutularaq tələbkar “Bank of Baku" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1470/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 1191.32 manat və 20 manat pul məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 4550.47 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu borc tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7522/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 1922.22 manat məbləğində pul və 20 manat dövlət rüsumu borc tutularaq tələbkar "xxxx" KB ASCnin xeyrinə ödənilməlidir. Borcluya məxsus “MİTSUBİSHİ PAJERO İO” minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1481/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1567/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1470/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-431/2017 saylı, xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7522/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədlərinə borc tam ödənildiyi üçün xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “MİTSUBİSHİ PAJERO İO” minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, borcluya və tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Xəzər rayon İcra şöbəsinin, tələbkarların nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1481/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu və X1 birgə qaydada 4314,05 manat məbləğində əsas borc, 779,19 manat məbləğində faiz borcu, cəmi 5093,24 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-yə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1567/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 999,35 manat məbləğində əsas borc, 218,97 manat faiz olmaqla cəmi 1218,32 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1238,32 manat məbləğində pul vəsaiti tutularaq kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1470/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 996,23 manat məbləğində əsas borc, 195,09 manat faiz olmaqla cəmi 1191,32 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 1238,32 manat məbləğində pul vəsaiti tutularaq kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-431/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 4187,11 ABŞ dolları məbləğində əsas, 337,97 ABŞ dolları məbləğində faiz, 25,39 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 4550,47 ABŞ dolları məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-7522/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclu 1748,76 manat məbləğində əsas borc, 173,46 manat faiz olmaqla cəmi 1922,22 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq kreditor "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-859/2017 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək xx.xx.2017-ci il tarixli 2(003)-1481/2017 saylı, xx.xx.2017-ci il tarixli 2(003)-1567/2017 saylı, xx.xx.2017-ci il tarixli 2(003)-1470/2017 saylı, xx.xx.2017-ci il tarixli 2(003)-431/2017 saylı və xx.xx.2016cı il tarixli 2(003)-7522/2016 saylı məhkəmə əmrlərinin icrasını təmin etmək məqsədilə Borclu adına olan “MİTSUBİSHİ PAJERO İO” minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-1481/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-1567/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2017-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2016-cı il tarixli 2(003)-7522/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-1470/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun xx.xx.2017-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 2(003)-431/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi icra sənədlərinin icrasını təmin etmək üçün göstərilən əmlakın üzərinə həbsin qoyulmasına olan zərurət aradan qalxdığından məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-859/2017 saylı qərardadına əsasən Borclu məxsus “MİTSUBİSHİ PAJERO İO” minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)-859/2017 saylı qərardadı ləğv edilsin və Borclu məxsus “MİTSUBİSHİ PAJERO İO” minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-206/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-206/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver