Məhkəmə qərarları › İş №8(003)-209/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-209/2024

30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-209/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, X5 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5425/2023 saylı məhkəmə aktının hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5425/2023 saylı məhkəmə aktına əsasən cavabdeh X4 1820,0 manat dəyərində olan leninqrad modeli boyunbağı dəsti, 1050,0 manat dəyərində olan leninqrad modeli qolbaq dəsti, 840.0 manat dəyərində olan adi qaşlarla bəzədilmiş leninqrad modeli üzük və sırğa dəsti və ya onların dəyəri olan cəmi 3710,0 (üç min yeddi yüz on) manat məbləğində pul alınaraq iddiaçı X6 ödənilməsi, cavabdeh X4 10043,5 (on min qırx üç manat beş qəpik) məbləğində pul vəsaiti alınaraq iddiaçı X6 verilməsi, iddia tələbi həmin qalan hissədə təmin edilməməsi, Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu cavabdeh X4 alınaraq iddiaçı X6 verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat məbləğində pul cavabdeh X4 alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, borcun hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, iddiaçı X7 10043,50 manat və 3710 manat pul verməlidir. Maddi vəziyyəti ağır olduğundan pulu ödəyə bilməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli N-2(103)-55425/2023 saylı verilmiş əmrə əsasən o, iddiaçı tərəfə 13753,00 manat ödəməlidir. O, hazırda həmin məbləğdən pul ödəyə bilmir, maddi vəziyyətim zəif və acınacaqlı olduğundan borcu ödəyə bilmir, özünün 21.000 manat kredit ödənişi var, aylıq ödənişin 716 manat 71 qəpik təşkil edir və bu ödəniş 2027-ci ilə kimi davam edəcəkdir, satılacaq əmlakı yoxdur və xərcləri ona imkan vermir ki, borcu ödəyə bisin, ailəlidir, həyat yoldaşı heç bir yerdə işləmir. Himayəsində 2 azyaşlı uşaqları vardır. Bundan başqa, ailəsindən başqa qoca və xəstə anası var. Odur ki, borclu olduğu pulu hissə-hisə ödənilməsinə, yəni ayda 400 manat ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 bildirdi ki, onun “Bank of Baku”ya 21 000 manat borcu var, hər ay 710 manat civarında ödəniş edir. İkinci ailəsindən iki övladı var, yoldaşı heç bir yerdə işləmir. Hazırda o, əlavə olaraq 400 manat ödəyə bilər. Onun banka borcu olmasa idi o, borcunu qaytarardı. İcra məmuru tələbkarla əlaqə saxlamış, lakin tələbkar bildirmişdir ki, pulun dəyəri düşür və hissə-hissə ödənilməsinə razılıq verməmişdir. O, Bravoda işləyir, Maştağa qəsəbəsində yaşayır. Onun əlavə gəliri yoxdur. Ərizənin təmin olunmasını xahiş etdi. Xəzər rayon icra şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İ.Əliyevi dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə məhkəmə aktının icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara olan borcundan ödənişlər barədə sənəd təqdim edilmədiyindən, həmçinin borclu tərəfindən borcun hiss-hissə icra edilməsi barədə ərizəsində qeyri-müəyyən müddətdə ödənilməsi, icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5425/2023 saylı məhkəmə aktının hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar