Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-212/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə X3nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1957/2016 nömrəli, 20 dekabr 2016-cı il tarixli qərardadı ilə X9 məxsus olan «QAZ 3110» minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərardadda qeyd edilmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(003)- 5478/2016 saylı məhkəmə əmrinə əsasən X5, X6, X1 və X4 birgə qaydada cəmi 7182,72 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə və 20 manat dövlət rüsumunun kreditor "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1957/2016 saylı, xx.xx.2016-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, banka yaxınlaşaraq bank qarşısında 5500 manat həcmində öhdəliyini yerinə yetirmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən X9 ünvanlanmış 18 iyul 2023-ci il tarixli məktubdan görünür ki, 5500 manat həcmindı borc öhdəliyi X10 tərəfindən xx.xx.2023-cü il tarixdə tam olaraq yerinə yetirilmişdir. Məhkəmə, borclunun məhkəmə əmri üzrə icranı tam icra etməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, «QAZ 3110» minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1957/2016 nömrəli, xx.xx.2016-cu il tarixli qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1957/2016 nömrəli, 20 dekabr 2016-cı il tarixli qərardadı ilə X9 məxsus olan «QAZ 3110» minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-212/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-212/2024
05.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver