Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-215/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Tələbkar QSC BOKT» MMC-nin Xəzər Rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra edilmiş icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyən etdi İşin halları Tələbkar «Tələbkar QSC BOKT» MMC şikayət ilə müraciət edərək, Xəzər rayon İcra Şöbəsinin sözügedən qərarının ləğv edilməsini, icra sənədinin icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Tələbkar QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Tələbkar QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Tələbkar QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Borclu dair sənədlər S-AVK-647 saylı, 18 sentyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən Tələbkar QSC -yə verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin xeyrinə 6767 (altı min yeddi yüz altmış yeddi) manat məbləğində əsas borc, 1157 (bir min yüz əlli yeddi) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində dəbbə pulu, cəmi 8124 (səkkiz min yüz iyirmi dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutulması, tutma ipoteka ilə yüklü edilmiş və Borclu mülkiyyətində olan “Vaz 21154” minik markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, qalan məbləğin Borclu qaytarılması qət edilmişdir. Tələbkar QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, arayışdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixinə Borclu məhkəmə qətnaməsi üzrə icra olunmamış qalıq borcu 8 124.00 (səkkiz min yüz iyirmi dörd) manat təşkil edir və həmin qalıq borcun ödətdirilməsi ilə bağlı heç bir əlavə icra tədbirləri görülməmişdir. “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə xx.xx.2021-ci il tarixli, 927 saylı, xx.xx.2021-ci il tarixli 4947 saylı, xx.xx.2022-ci il tarixli, 3337 saylı, xx.xx.2023cü il tarixli, 3901 saylı, xx.xx.2024-cü il tarixli, 1752 saylı, xx.xx.2025-ci il tarixli 1711 saylı, məktublarla müraciət edilərək xx.xx.2025-ci il tarixli qərarın surətinin cəmiyyətə rəsmi qaydada təqdim edilməsi xahiş edilmiş və qərarın qəbulundan uzun müddət keçdikdən sonra tələbkara xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bu baxımdan qeyd olunan qərardan vaxtında şikayət verə bilməmişdik. İşin hallarından müəyyən edilir ki, icra məmuru tərəfindən iş üzrə icra sənədi tam icra olunmamış və Borclu məhkəmə qətnaməsi üzrə icra olunmamış qalıq borcu 8124 (səkkiz min yüz iyirmi dörd) manat təşkil edir. Lakin icra məmuru tərəfindən icra tədbiri davam etdirilməmiş və heç bir əsas göstərmədən İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması bağlı qərar qəbul etmişlər. Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Pərvin Mehralıyevin “icra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilib icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilməlidir. Proses iştirakçılarının izahatı Tərəflər şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri hazırki şikayətə baxılmasına mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin xeyrinə 6767 (altı min yeddi yüz altmış yeddi) manat məbləğində əsas borc, 1157 (bir min yüz əlli yeddi) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində dəbbə pulu, cəmi 8124 (səkkiz min yüz iyirmi dörd) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutulması, tutma ipoteka ilə yüklü edilmiş və Borclu mülkiyyətində olan “Vaz 21154” minik markalı, **-RS-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, qalan məbləğin Borclu qaytarılması qət edilmişdir. Tələbkar QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, arayışdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixinə Borclu məhkəmə qətnaməsi üzrə icra olunmamış qalıq borcu 8 124.00 (səkkiz min yüz iyirmi dörd) manat təşkil edir və həmin qalıq borcun ödətdirilməsi ilə bağlı heç bir əlavə icra tədbirləri görülməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi “İcra haqqında” qanunun 23.1.3-cü maddəsi ilə geri qaytarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 6.1.4-cü maddəsinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. 43.1-ci maddəsinə əsasən, icra tədbirlərinə daxildir borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. 32-ci maddəsinə əsasən fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 23.7-cı maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. 78.2-ci maddəsinə əsasən zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmənin mövqeyi Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, icra məmurunun qərarı ləğv edilməlidir. Xəzər rayon icra şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, müxtəlif icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Belə ki, sözügedən qərarda qeyd olunmuşdur ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Göründüyü kimi, icra sənədi icra edilmədən, məhkəməyə geri qaytarılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Mübahisələndirilən qərardan görünür ki, icra məmuru icra sənədinin geri qaytarılmasına əsas kimi, Borclu əmlak vəziyyətinin yoxlanması məqsədi ilə müvafiq orqanlara sorğular göndərilməsinə, həmin sorğulara əsasən fiziki şəxsin heç bir əmlakının olmadığının məlum olmasına istinad etmişdir. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi ilə əlaqədar icra işi Xəzər Rayon İcra Şöbəsinindən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərin olub-olmaması barədə banklara sorğular verilməmişdir. Həmçin icra işindən görünür ki, icra məmuru tərəfindən şəxsin yaşadığı ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi heç bir əmlakının aşkar olunmaması müəyyən olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, borclunun əmlakına baxış keçirilərkən tələbkarın icraatda iştirakının təmin olunması barədə məlumatın verilməsi barədə sübut icra işində müəyyən olunmamışdır. Qanunvericiliyin tələbindən görünür ki fiziki şəxslər icraatda şəxsən və və ya nümayəndələri vasitəsi ilə iştirak edə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlərin görülmədiyindən şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Pərvin Mehralıyevin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli sənədinin geri qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4470/2015 saylı, xx.xx.2015-ci il tarixli icra “sənədinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-215/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-215/2025
07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver