Məhkəmə qərarları › İş №8(003)-217/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-217/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-217/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 iştiraki ilə, Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsinə dair X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, borcun ödənilməsinə möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" BOKT MMC-nin ona qarşı iddia tələbi olmuş və birinci instansiya səhkəməsi çıxardığı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. İş üzrə çixarılan qətnamə qanuni qüvvəyə minmiş və hazırda Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icraatındadır. İddiaçının məhkəməyə müraciət etməyinə əsas səbəb aralarında bağlanan kredit müqaviləsi olmuşdur. Həmin kredit müqaviləsinə əsasən mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən yaşayış evi ipoteka ilə iddiaçının xeyrinə yüklü edilmişdir. O, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşməyi səbəbilə iddiaçı məhkəməyə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsinə dair müraciət etmiş və iddiası təmin edilmişdir. Onun müqavilə üzrə öhdəliklərini icra etməməyinə səbəb dolların kəskin bahalaşması olmuşdur. Belə ki, kredit məbləği ABŞ dolları ilə götürülmüş və o, külli miqdarda ziyana düşmüşdür. Halhazırda biznes fəaliyyətinə başlamış və iddiaçıya olan borcunu hər ay 1.500 manat ödəmək iqtidarındadır. Hətta artıq təqribən 10.000 manat məbləğində ilkin ödəniş etməyə başlamışdır. İş icra mərhələsində olduğundan o, könüllü olaraq hissə-hissə ödənişlərini etməyə hazırdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.1-ci (Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) maddəsinin 1-ci bəndində “işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır” göstərilmişdir. Hesab edir ki, məhkəmə onun iş fəaliyyətinə yeni başlamağını və evdən çıxarılacağı təqdirdə ailə üzvlərilə birlikdə qalacaq yerinin olmamasını nəzərə alaraq, qətnamənin icrasına möhlət verilməsinə dair qərardad çıxarmış olsa həm iddiaçının mənafeyini qorumuş olar, həm də ki, onun ailədə iqtisadi vəziyyətinə mənfi təsir etməz. Belə ki, o məcburi köçkündür və 1996-cı ildən sözügedən ünvanda məcburi məskunlaşmışdır. İş üzrə qətnamənin icrasına möhlət verilməsinə dair qərardadın çıxarılması zəruridir. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3498/2018 saylı, xx.xx.2018-ci il tarixli yuxarıda göstərilən qətnaməsi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkər "xxxx" BOKT MMC-nin nümayəndəsi X9 ərizəni qəbul etmədiyini bildirərək ərizənin rədd olunmasını xahiş etdi. Xəzər rayon İcra şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-3498/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, X8, X2 və X5 tərəfindən ünvan 1 boşaldılaraq "xxxx" BOKT MMC –yə təhvil verilməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən X8 isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada möhlət verilməklə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni möhlət verilməklicra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə X1nın ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar