Məhkəmə qərarları › İş №8(003)-217/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-217/2024

31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-217/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun icra sənədinin geri qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarından verdiyi şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" ASC Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Teymur Bayramovun icra sənədinin geri qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək şikayətin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" ASC-nin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Teymur Bayramovun icra sənədinin geri qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Teymur Bayramovun icra sənədinin geri qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata götürülmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar