Məhkəmə qərarları › İş №8(003)-219/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-219/2023

15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-219/2023 15.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xəzər rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab etmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunmuşdur Bakı şəhəri, Xəzər rayon icra şöbəsi və iş üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Bakı şəhəri, Xəzər rayon icra şöbəsi nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri, Xəzər rayon icra şöbəsinin nümayəndəsinin, tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkilik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, yuxarıda qeyd olunan icra vərəqəsi üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Abusət Qasımov tərəfindən icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Abusət Qasımov tərəfindən tələbin könüllü icra edilməsi haqqında bildiriş borcluya xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Həmçinin təqdimata əlavə edilmiş: - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Məmmədov X7 qəsəbəsi, S.Yesenin küçəsi, ev 5 ünvanında qeydiyyatsız yaşayır. - xx.xx.2020-ci il tarixli Borclu izahatından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə bağlı məlumatı var, işsiz olduğundan ödənişlər etməmişdir. - icra məmurları X6 və X3 və hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, həmin akt ona görə tərtib edilmişdir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun icra vərəqəsində qeyd olunan ünvanda olmuşlar və həmin zaman borclunun həmin ünvanda yaşamadığı müəyyən etmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əvvəl Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Abusət Qasımovun icraatında olmuş daha sonra borclunun ünvan 2 ünvanında yaşadığı müəyyən edilmiş, ona görə də icra sənədi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatında qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. İş üzrə icra sənədi aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərildikdən sonra hansı hərəkətlərin aparılması barədə hər hansı bir sənəd də təqdimata əlavə edilməmiş, təqdimata yalnız borclunun xx.xx.2020-ci il tarixli izahatı və yaşadığı ünvana baxış keçirilməsi barədə akt əlavə edilmişdir ki, həmin aktın da mötəbər hesab edilməsi mümkün deyil. Belə ki, həmin aktda qeyd olunmuşdur ki, borclunun icra vərəqəsində qeyd olunan ünvanda olmuşlar. İcra vərəqəsində borclunun ünvanı isə ünvan 3 6-dır. Baxmayaraq ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin Sumqayıt şəhəri üzrə İcra idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktuba əsasən borclu Məmmədov X7 qəsəbəsi, S.Yesenin küçəsi, ev 5 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə hesab edir ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər və belə bir məhdudiyyətin tətbiqinə qanunvericiliyin ümumi mənası kontekstində yanaşılmalıdır. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilib-edilmədiyi qeyri-müəyyən olan icra sənədləri üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması mümkün hesab edilərsə bu, vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlamalıdır. Bütün bu tədbirlər nəticə vermədiyi təqdirdə təqdimatla məhkəməyə müraciət etməlidir. Məhkəmə bununla bağlı da qeyd edir ki, icra məmuru tərəfindən adı çəkilən Təlimatın 2.2-ci bəndində göstərilmiş bütün tədbirlər görülməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X1 – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri, Xəzər rayon icra şöbəsinin icra məmuru X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3362/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar