Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-221/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus «Renault Tondar» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-479/2024-009 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən “Attenti” markalı elekron nəzarət komplektin dəyəri olan 2277,4 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul Borclu tutularaq Bakı şəhəri Baş Maliyyə İdarəsinin hesabına ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın əmlak üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus «Renault Tondar» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «Renault Tondar» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili var. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, borcluya tələbin üzrsüz səbəbdən icra edilməyəcəyi halda icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. “Elektron icra” informasiya sisteminin portalından çıxarışdan görünür ki, Borclu mülkiyyətində «Renault Tondar» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin araşdırılan hallarından məlum olur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc hal-hazırki vaxtadək ödənilməmişdir. Beləliklə, borclu tərəfindən icra sənədinin icrası təmin olunmamışdır. Borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyi və bununla da icra sənədinin icrası mümkün olmadığı üçün məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «Renault Tondar» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus «Renault Tondar» markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-221/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-221/2024
15.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver